SON XƏBƏRLƏR

“Türk Otağı” dərgisi nəşrə başladı

2021.10.20, 07:36
“Türk Otağı” dərgisi nəşrə başladı

Gunaz.tv
“Türk Otağı” dərgisi nəşrə başladı Bu ilin aprelindən etibarən “Türk Otağı” dil, tarix və kültür dərgisi nəşrə başlayıb. jurnal rəhbərliyinin əsas məqsədi Türk Dünyasının gəncləri arasında əlaqələri daha da möhkəmləndirməkdir. Türk Dünyasının yeni səsi adlanan dərgidə “Türk Birliyi Layihəsi”, “Türk Dünyasında Novruz şənlikləri”, “Türk xarici siyasəti”, Tarixi rəsimlərilə yazan Əmbiya Çavuşla müsahibə və “Türk Dünyasının gözlənilən səsi “TRT-Avaz” açıldı” başlıqlı məqalələr yer alıb. Dərginin internet ünvanı www.turkdunyasigenclikbirligi.com -dur. Hər kəs duygu, fikir və düşüncələrini [email protected]/* */ e-mail adres spam-botlarından müdafiə edilib. Onu görmək üçün sizdə Java-Script qoşulmalıdır e-mail ünvanına yaza bilər. Eyni zamanda 0555 625 82 81 telefen nömrəsinə zəng vurmaq mümkündür. Dərgidə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün aşağıdakı fikirləri də yer alıb: "Bugün Sovyetler Birliği dostumuzdur, müttefikimizdir. Bu dostluğa ihtiyacımız vardır. Fakat yarın ne olacagını kimse bugünden kestiremez. Tıpkı Osmanlı gibi, tıpkı Avusturya-Macaristan gibi parçalanabilir, ufalanabilir.Bugün elinde sımsıkı tuttuğu milletler avuçlarından kaçabilirler. Dünya yeni bir dengeye ulaşabilir.İşte o zaman Türkiye ne yapacağını bilmelidir. Bizim dostumuzun idaresinde dili bir, inancı bir, özü bir kardeşlerimiz vardır. Onlara sahip çıkmaya hazır olmalıyız. Hazır olmak yalnız o günü susup beklemek değildir. Hazırlanmak lazımdır. Milletler buna nasıl hazırlanır? Manevi köprüleri sağlam tutarak. Dil bir köprüdür... İnanç bir köprüdür..Tarih bir köprüdür... Köklerimize inmeli ve olayların böldügü tarihimiz içinde bütünleşmeliyiz. Onların (soydaş Türk kardeşlerimizin) bize yaklaşmasını beklememeliyiz. Bizim onlara yaklaşmamız gereklidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar