SON XƏBƏRLƏR

Azərbaycanlı və türkiyəli deputatlar Bakıda müzakirələr aparacaq

2021.10.20, 07:36
Azərbaycanlı və türkiyəli deputatlar Bakıda müzakirələr aparacaq

Gunaz.tv
Azərbaycanlı və türkiyəli deputatlar Bakıda müzakirələr aparacaq Millət vəkili Nizami Cəfərov: "Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Türkiyə Ermənistan sərhədi açıla bilməz" Aprelin 15-16-da Azərbaycan və Türkiyə millət vəkilləri Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı məsələni Bakıda müzakirə edəcək. Bu barədə məlumat verən millət vəkili Fəzail Ağamalı bildirib ki, artıq o Ankarada olub və bununla bağlı türkiyəli millət vəkilləri ilə razılığa gəlib: “Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP), Cümhuriyyət Xalq Partiyasının (CHP), Demokratik Sol Partiyanın (DSP) rəhbəri ilə görüşdük və Azərbaycandakı mövcüd narahatlıqdan danışdıq. Bütün bu narazılıqları aradan qaldırmaq üçün toplantı keçirməyin lazım olduğunu dedim. Hər dörd partiya bu məsələyə anlayışlı yanaşdı”. Millət vəkili Qüdrət Həsənquliyev isə bildirir ki, Azərbaycan dövləti bu problemi Türkiyə ilə münasibətləri kəskinləşdirmədən həll etməlidir. Əks halda, Türkiyə sərhədləri açacaq və iki qardaş dövlət arasında ciddi problemlər yaranacaq: “Birmənalı şəkildə, əminliklə deyə bilərəm ki, bu, münasibətlərə kölgə salacaq,xüsusilə, Azərbaycan türklərinə münasibətdə psixoloji baxımdan böyük zərbə olacaq. Ümumiyyətlə, bu, Azərbaycan-Türkiyə münasibətlərində bir qara səhifə olaraq qalacaq, bu siyasəti aparan adamların da adları tarixə Türkiyənin milli heysiyyatını alçaldan, Türkiyənin qüruruna toxunan bir insanlar kimi Türkiyə birliyinə xidmət etməyən addımlar atmış, ancaq öz siyasi maraqlarını güdən insanlar kimi düşəcək”. Millət vəkili Pənah Hüseyn isə bildirir ki, bu məsələ ilə bağlı qərar Türkiyənin suveren hüququ olsa da, rəsmi Ankara düşünülməmiş addım atmayacaq: “Güman eləmirəm ki, real təminatlar olmadan bu addımlar atılsın. Biz bu məsələdən narahatıq. Kifayət qədər həll olunmayan məsələ var. Amma hesab edirəm ki, bu, Azərbaycan-Türkiyə münasibətlərində zərərə səbəb olmamalıdır. İctimai rəydə bunun hansısa zərərləri olacaq. Amma dövlətlərarası münasibətlərdə bunun ciddi zərərə səbəb olması yol verilməzdir”. Bu məsələ ilə bağlı türkiyəli həmkarlarla danışıqlar aparıldığını deyən Azərbaycan-Türkiyə dostluq qrupunun rəhbəri, millət vəkili Nizami Cəfərovun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi həll olunmayanadək Türkiyə Ermənistan sərhədi açıla bilməz: “Biz həmişə bir məsələ üzərində də çox dayanırıq ki, Ermənistan və Türkiyə arasında faktiki əlaqələr var. Mən inanmıram ki, Türkiyə bu qədər yumşaqlıq eləsin və Avropa Birliyinə daxil olmaq üçün belə bir yola getsin. Bu nəticə etibarilə Türkiyənin nüfuzuna təsir edə bilər. Çünki bütün dünya bilir ki, Dağlıq Qarabağ probemi tək Azərbaycanın deyil, həm də Türkiyənin problemidir”. Türkiyə-Azərbaycan dostluq qrupunun rəhbəri, Türkiyənin hakim Ədalət və İnkiaşf Partiyasının üzvü Mustafa Kabakçı da Nizami Cəfərovla eyni fikirdədir. O bildirir ki, Qarabağ məsələsi tək Azərbaycanın yox, bütün türk dünyasının problemidir: “Baş nazir Rəcəb Tayyip Ərdoğan Londonda ona verilən suala cavab olaraq deyib ki, Ermənistanla sərhədin açılması məsələsi Qarabağ probleminin həllinə bağlıdır. O, Qarabağ problemi həll edilməyənə qədər belə bir məsələnin müzakirə mövzusu olmadığını bəyan edib. Heç vaxt dəyişməyəcək bir məsələ var ki, Türkiyə ilə Azərbaycan iki dövlət, bir millətdir. Bunu Türkiyə dövləti heç bir vaxt unutmayıb. İstər Amerika, istər Ermənistan, istərsə də Rusiya ilə müzakirələrdə mövzumuz azərbaycanlı qardaşlarımız olub. Mənə elə gəlir ki, Türkiyədəki türklərlə Azərbacyandakı türklər arasındakı qardaşlıq bölgədə kimlərisə narahat edir. Bu qardaşlığa ziyan gətirmək, bu qardaşlığı pozmaq üçün belə əsası olmayan məlumatlar ortaya atılır”. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar