SON XƏBƏRLƏR

ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ DAİR ƏRDOĞAN YENİ AÇIQLAMA VERİB

2021.10.20, 07:36
ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ DAİR ƏRDOĞAN YENİ AÇIQLAMA VERİB

Gunaz.tv
ERMƏNİSTAN MÜNASİBƏTLƏRİNƏ DAİR ƏRDOĞAN YENİ AÇIQLAMA VERİB Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğan dünən partiyasının İstanbul təşkilatında jurnalistlərin suallarını cavablandırarkən Azərbaycan və Ermənistanla münasibətlərdən danışıb. Ərdoğan Azərbaycan-Ermənistan münaqişəsi həll olunmadan Ankara ilə İrəvan arasındakı danışıqların da nəticəsiz qalacağını söyləyib: “Hazırda Azərbaycanla Ermənistan arasında on illərə dayanan problemli bir məsələ var. Azərbaycanla Ermənistan arasında problem həll olunmadıqca Türkiyə ilə Ermənistan arasındakı prosesi yekunlaşdırmamız çox çətindir. Bu gün biz alt səviyyədə bəzi texniki danışıqlar aparırıqsa, bunların səbəbi Azərbaycan və Ermənistan arasındakı prosesin bir az daha önündə getməklə hazırlıqlar görmək istəməyimizdir. İstədiyimiz budur ki, Ermənistan Dağlıq Qarabağdakı işğalına son qoysun. BMT Təhlükəsizlik Şurası da Ermənistanı işğalçı olaraq tanıyıb və Dağlıq Qarabağı tərk etməsini istəyib. Minsk qrupunun 17 ildir öhdəsindən gələ bilmədiyi bir proses var ortada. Bunun yaxın zamanda həll olunmasını arzu edirik”. Türkiyənin baş naziri ölkəsinin Qafqazdakı problemlərlə bağlı mövqeyini bu şəkildə ifadə edib: “Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması ideyamızın kökündə də bu problemləri həll etmək istəyi dayanır. Ermənistan və Azərbaycan arasındakı problemi həll edək. Bundan sonrakı mərhələdə də sürətlə Türkiyə ilə Ermənistan arasındakı problemi həll edək. Bilirsiniz, bizim bir çox müsbət addımlarımız oldu və müzakirələr prosesi davam edir. Amma müxalifətin çirkin ittihamlarını qəbul etməyim mümkün deyil. İstər CXP-nin, istər MHP-nin, istərsə də digərlərinin yanaşma tərzini çox çirkin sayıram. İftira kampaniyası aparırlar. Onların bu günə qədər ağıllarından belə keçirə bilmədikləri addımları biz atdıq. Ermənistanla Azərbaycan arasındakı problem həll edilmədən heç bir zaman belə bir addım atmağımızdan söhbət gedə bilməz. Bunu dəfələrlə söyləyirik – ya bunların qulağı eşitmir, ya da iftira üstünə iftira yağdırmaq yolunu seçiblər. Onlar nə deyirlər-desinlər, biz bildiyimizi edəcəyik və çözümsüzlüyü çözüm olaraq görməyəcəyik. Bizim olduğumuz mərtəbə problemləri həll etməyi zəruri edir. Bu addımı atmağa məcburuq. Çünki Türkiyə həll olunmamış problemlərin içində vaxt itirən bir ölkə ola bilməz, olmamalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar