SON XƏBƏRLƏR

Almaniyada yaşayan azərbaycanlılar Türkiyə-Ermənistan sərhədlərinin açılması xəbərindən narahatdırlar

2021.10.20, 07:36
Almaniyada yaşayan azərbaycanlılar Türkiyə-Ermənistan sərhədlərinin açılması xəbərindən narahatdırlar

Gunaz.tv
Almaniyada yaşayan azərbaycanlılar Türkiyə-Ermənistan sərhədlərinin açılması xəbərindən narahatdırlar Almaniyada yaşayan azərbaycanlılar son vaxtlarda Türkiyə ilə Ermənistan arasındakı sərhədlərin açılmsı ətrafında gedən söhbətlərdən narahatlıq keçirirlər. Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, bu barədə Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin müraciətində bildirilir. Sənəddə deyilir ki, tarixi köklərlə bir-birinə sıx bağlı olan iki qardaş ölkənin münasibətlərində belə bir məqamın ortaya çıxması azərbaycanlıları mənəvi cəhətdən gözlənilməz fakt qarşısında qoyub. Ermənistan tarixin bütün dövrlərində Azərbaycan ərazilərinə iddialı olub və sonuncu dəfə 1988-ci ildə başlanan etnik təmizləmə əməliyyatlarının nəticəsi, artıq 20 ilədək həllini tapmayan Qarabag münaqişəsinin faciələri, Dağlıq Qarabağ və onun ətrafındakı 7 Azərbaycan rayonunun işğalı, 1 milyonadək insanın doğma torpağından didərgin salınması və başqa faktlar göz qabağındadır. Qarabağ münaqişənin ilk günündən Tükiyə qardaş bir ölkə kimi Azərbaycanın yanında olub və bütün məsələlərdə dövlətimizi dəstəkləyib, Ermənistanla bütün əlaqələrini kəsib, Azərbaycanın işğal altında olan torpaqları azad edilməyincə bu dövlətlə əlaqələrinin bərpa edilməsinin mümkünsüzlüyünü dəfələrlə bəyan edib. "Belə bəyanatdan imtina edilməsi Azərbaycan xalqını haqlı narahat edir və bu cür addımlar Türkiyə-Azərbaycan münasibətlərinə zərbə kimi qiymətləndirilir“- AAKM-nin müraciətində belə deyilir. Sənəddə daha sonra qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu gün elə bir strateji mərhələdədədir ki, məhz indi Türkiyənin belə bir niyyətə düşməsi Azərbaycanın dövlət və milli maraqlarına ziddir. AAKM bildirir ki, Azərbaycanın Qarabağ münaqişəsinin həllində ən çox ümid bəslədiyi qardaş dövlətin dəstəyinin hətta kənar təzyiqlər sayəsində də olsa aradan qalxması bu məsələnin həllinə mənfi təsir göstərə bilər. "Azərbaycanla tarixi və etibarlı dostluğa belə bir zərbə bağışlanmaz olardı". Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzində təmsil olunan bütün diaspor təşkilatları Türkiyə dövlətinə, siyasətçilərinə, media orqanlarına, elm və incəsənət xadimlərinə, bütün Türk qardaş və bacılara səslənərək onları sözügedən məsələyə laqeyd yanaşmamağa və Ermənistanla sərhədlərin açılmasına qarşı etiraz səslərini ucaltmağa çağırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar