SON XƏBƏRLƏR

MİRZƏ SAKİT AZADLIĞA BURAXILDI

2021.10.20, 07:36
MİRZƏ SAKİT AZADLIĞA BURAXILDI

Gunaz.tv
MİRZƏ SAKİT AZADLIĞA BURAXILDI “Media forum” saytı xəbər verir ki, satirik yazar Mirzə Sakit 1000 gündən artıq davam edən həbsdən sonra bu gün səhər paytaxtdakı 10 saylı Cəzaçəkmə Müəssisəsindən buraxılıb. “Azadlıq” qəzetinin əməkdaşı olan 49 yaşlı M.Sakit 2006-cı il iyunun 23-də həbs edilmiş, qeyri-qanuni narkotik maddə saxlamaqda ittiham olunaraq 3 il iş almışdı. O, Milli Məclisin martın 17-də qəbul etdiyi amnistiya aktına əsasən cəzasının çəkilməmiş hissəsindən azad olunub. Satirikin azadlığa çıxamasıyla həbsdəki jurnalistlərin sayı 4-ə düşdü. M.Sakitin qardaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, “Realnı Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev, “Bizim yol” qəzetinin yazarı Müşfiq Hüseynov 2007-ci ildən həbsdədirlər. “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzili isə iki gün qabaq - aprelin 7-də Yasamal Rayon Məhkəməsində başa çatan prosesdə Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin iddiası ilə böhtan, şərəf və ləyaqətin tapdanmasında təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar