SON XƏBƏRLƏR

Gürcüstanda etiraz aksiyası başlamaq üzrədir

2021.10.20, 07:36
Gürcüstanda etiraz aksiyası başlamaq üzrədir

Gunaz.tv
Gürcüstanda etiraz aksiyası başlamaq üzrədir Gürcüstan paytaxtının mərkəzi Rustaveli prospektinə gələn müxalifət tərəfdarları prezident Mixail Saakaşvilinin istefasını tələb edirlər. Gürcüstan prezidenti ölkədə demokratiya prinsiplərinə məhəl qoymamaqla yanaşı sabiq muxtariyyətlərin tanınması ilə nəticələnən Rusiya ilə müharibədə suçlanır. Müxalifət üzvlərindən sabiq spiker Nino Burcanadze deyib ki, meydana toplaşan minlərlə adam Saakaşvilinin istefasını tələb etməkdə haqlıdır. “Rusiya ilə müharibə nəticəsində ölkə ərazisinin 20 faizi itirilib, buna görə istefa tələbi təəccüb doğurmamalıdır ”, - deyib Saakaşvilin sabiq tərəfdaşı. İqtidar ittihamları rədd etsə də, bu kimi fikirləri açıq ifadə etməyə mane olmayacağını bildirib. Daxili işlər naziri Vano Merabişvili söz azadlığı haqqının təmin olunacağına dair vədi ilə yanaşı zorakılığın baş verdiyi təqdirdə müvafiq ölçülər götürüləcəyini deyir. “Növbəti inqilabın şansı yoxdur”, - deyib Vano Merabişvili. Ötən ay televiziya ilə müxalifət fəallarının silah almaq cəhdi iddia edilən süjet nümayiş olunub. Müxalifət bu iddianı qurma oyun adlandırsa da, zorakılıq niyyətləri barədə qarşılıqlı ittihamlar mübadiləsi səngimək bilmir. 2007-ci ilin payız ayında parlament qarşısında etiraz aksiyası dağıdılaraq rezin güllə və gözyaşardıcı qazdan istifadə edilmişdir. Bu günkü mitinq düz 20 il bundan əvvəl Sovet Ordusu tərəfindən dağıdılan etiraz aksiyasının ildönümünə təsadüf edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar