SON XƏBƏRLƏR

HƏBSDƏ SAXLANAN İRAN ƏSİLLİ AMERİKALI JURNALİST CASUSLUQDA GÜNAHLANDIRILIB

2021.10.20, 07:36
HƏBSDƏ SAXLANAN İRAN ƏSİLLİ AMERİKALI JURNALİST CASUSLUQDA GÜNAHLANDIRILIB

Gunaz.tv
HƏBSDƏ SAXLANAN İRAN ƏSİLLİ AMERİKALI JURNALİST CASUSLUQDA GÜNAHLANDIRILIB Roksana Sabiri Tehranın Evin həbsxanasında saxlanan İran əsilli amerikalı jurnalist Roksana Sabiri casusluqda günahlandırılıb. 6 ildir İranda yaşayaraq BBC və Amerika Milli Radiosu kimi beynəlxalq media quruluşlarına xəbər toplamaqla məşğul olan Roksana 2 ay əvvəl həbs edilib. Bir ay əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi mediaya açıqlamasında amerikalı jurnalistin qanunsuz fəaliyyət göstərdiyini vurğulamışdı: “Son üç ildə onun fəaliyyəti qanunsuz olub. Bu xanımın müxbir kimi qeydiyyatını üç il əvvəl İrşad Nazirliyi geri alıb”. “Media forum” saytının məlumatına görə,Tehran İnqilab Məhkəməsinin rəsmisi Həsən Həddad aprelin 8-də jurnalistlərə açıqlamasında R.Sabirinin casusluqda günahlandırıldığını bildirib. Məlumatda bildirilir ki, aprelin 6-da həbsxanada Roksana ilə görüşən valideynləri Rza və Akika Sabiri İranın dini rəhbəri ayətullah Əli Xamneyiyə müraciət edərək onun psixoloji vəziyyətindən narahat olduqlarını bildirərək dərhal azadlığa buraxılmasını xahiş ediblər. Aprelin 9-da isə ABŞ dövlət katibi Hillari Klinton jurnalistlərlə söhbətində Roksana Sabiriyə qarşı irəli sürülən casusluq ittihamından təəccübləndiyini və son dərəcə narahat olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar