SON XƏBƏRLƏR

M. Əhmədoğlu: «Ankara ikibaşlı siyasət yürüdür»

2021.10.20, 07:36
M. Əhmədoğlu: «Ankara ikibaşlı siyasət yürüdür»

Gunaz.tv
M. Əhmədoğlu: «Ankara ikibaşlı siyasət yürüdür» Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı aparılan danışıqlar rəsmi Ankaranın ikibaşlı siyasətindən xəbər verir. Siyasətşünas Mübariz Əhmədoğlu hesab edir ki, Türkiyənin bu addımı regiona ağır nəticələr vəd edir. Siyasətşünasın fikrincə, indiki durumda sərhədlərin açılması Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməyəcək. Əksinə, Cənubi Qafqazda vəziyyəti daha da ağırlaşdıracaq. Türkiyə rəhbərliyinin səhv addımı son nəticədə bu dövlətin uduzmasına gətirib çıxaracaq. Mübariz Əhmədoğlu hesab edir ki, Türkiyəni özünə strateji tərəfdaş hesab edən Azərbaycan, dəyişən şəraitə uyğun hərəkət etməlidir. O, Ədalət və İnkişaf Partiyasının seçdiyi yolu Azərbaycana qarşı xəyanət adlandırır. Siyasətşünasın fikrincə, bu gün prezident İlham Əliyevin atdığı addımlar Türkiyə və Ermənistan üçün sərt mesajdır. Belə ki, dövlətin milli maraqları və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələ olan yerdə Azərbaycanın mövqeyinin dəyişməsinə heç bir faktor təsir edə bilməz.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar