SON XƏBƏRLƏR

Türkiyəli deputatlar sərhədlərin açılması məsələsi ilə bağlı bəyanat yayıblar

2021.10.20, 07:36
Türkiyəli deputatlar sərhədlərin açılması məsələsi ilə bağlı bəyanat yayıblar

Gunaz.tv
Türkiyəli deputatlar sərhədlərin açılması məsələsi ilə bağlı bəyanat yayıblar Türkiyənin Cumhuriyyət Xalq Partiyasından (CHP) olan Türkiyə Böyük Millət Məclisinin deputatları, Ermənistanla sərhədlərin açılmasına dair etiraz bəyanatı yayıblar. Sənəddə bildirilir ki, Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşması və sərhədlərin açılması üçün Ermənistan ilk növbədə işğal etdiyi Azərbaycan torpaqlarından çıxmalı, Türkiyə əleyhinə qondarma soyqırım iddialarını dünya ölkələrinə qəbul etdirmə cəhdlərinə son qoymalı və rəsmi sənədlərindən Türkiyədən torpaq tələblərini çıxarmalıdır. Türkiyə Böyük Millət Məclisinin xarici işlər komissiyasının iclasında Cumhuriyyət Xalq Partiyasının təmsilçiləri xarici işlər naziri Əli Babacanın komissiyaya çağırılmasını tələb edib. Komissiya sədri isə nazirin gələn həftə iclasda iştirak edəcəyini söz verib. Partiyanın yaydığı bəyanat yerli və xarici kütləvi informasiya vasitələrinə də göndərilib. Artıq rəsmi Ankara ölkə müxalifətinin bəyanatlarına reaksiya verib. Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Ermənistanla münasibətlərin yaxınlaşmasına müxalifətdən olan Cümhuriyyət Xalq partiyası , Millətçi Hərəkat Partiyası və digər partiyaların yanaşma tərzi çox çirkindir və onlar hakimiyyətə iftira atır. Ərdoğanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında münaqişə çözülməsə, heç bir zaman belə bir addım atmaqdan söhbət gedə bilməz. Amma Türkiyə hökumətinin başçısı «belə bir addım» dedikdə konkret nəyi nəzərdə tutduğunu açıqlamayıb. Rəcəb Tayyib Ərdoğan hazırda aparılan müzakirələrin məqsədinin Azərbaycan və Ermənistan arasındakı münaqişənin sürətlə nizamlanmasına hazırlıq görmək olduğunu bildirib. «Təmannamız BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağda Ermənistanı işğalçı olaraq tanıyan və oranı tərk etməsinə yönəlmiş qərarının icrasıdır. Təəssüf ki, ATƏT-in Minsk qrupu bu günə qədər münaqişəni həll etməyi bacarmayıb».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar