SON XƏBƏRLƏR

ƏHMƏDİNEJAD OBAMANI SÖZLƏRİNƏ FİKİR VERMƏYƏ ÇAĞIRIB

2021.10.20, 07:36
ƏHMƏDİNEJAD OBAMANI SÖZLƏRİNƏ FİKİR VERMƏYƏ ÇAĞIRIB

Gunaz.tv
ƏHMƏDİNEJAD OBAMANI SÖZLƏRİNƏ FİKİR VERMƏYƏ ÇAĞIRIB Aprelin 8-də İsfahan səfərinə çıxan İran prezidenti Mahmud Əhmədinejad əhali qarşısında nitq söyləyərək ABŞ prezidenti Barak Obamanı dəyişiklik vədlərinə əməl etməyə çağırıb. Əhmədinejad Obamaya xitabən deyib: “Novruz bayramında İran xalqına göndərdiyiniz təbrikdə İran xalqına səmimi əl uzatdığınızı bildirmisiniz. Bizim xalq səmimi uzanan əli səmimi qarşılayacaq. Lakin bəlli olsa ki, zahirdə sədaqətlə uzanan bu əldə sədaqətdən əsər-əlamət yoxdur, onda bizim xalqın cavabı Buşa verdiyi cavab olacaq.Yaxşı olar ki, danışdığınız sözlərə əməl edəsiniz. Sözlə heç nə dəyişməyəcək”. İranın nüvə çalışmalarının artıq bitmiş bir iş olduğunu vurğulayan Əhmədinejad ABŞ-ı xalqlara qarşı rəftarını dəyişdirməyə çağırıb: “Xalqlara qarşı rəftar və tonunuzu dəyişməli və onların işinə qarışmamalısınız” Əhmədinejad ABŞ prezidentinə nəsihət də verib: “Deyirsiniz “İran dünyada öz layiqli yerini tapmalıdır, lakin bu inkişaf yolu nüvə yolu ilə mümkün olmayacaq”. Yaxşı olar, danışdığınız sözlərə fikir verəsiniz. Sizin başqa xalqların işinə qarışmağa və onlara yol göstərməyə haqqınız yoxdur. Siz yalnız ABŞ xalqına yol göstərə bilərsiniz”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar