SON XƏBƏRLƏR

Ərdoğan müxalifəti tənqid atəşinə tutdu

2021.10.20, 07:36
Ərdoğan müxalifəti tənqid atəşinə tutdu

Gunaz.tv
Ərdoğan müxalifəti tənqid atəşinə tutdu Son günlər Türkiyənin Ermənistanla sərhədləri açacağı barədə yayılan xəbərlərə baş nazir Rəcəb Tayyib Ərdoğanda münasibət bildirib. Onun əsas hədəfi Türkiyə müxalifəti olub. Ərdoğan müxalifəti bu durumdan istifadə etməkdə ittiham edərək şayiələr yaymaqda günahlandırıb. Rəcəb Tayyib Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normalaşmasının yalnız Ermənistan-Azərbaycan məsələsinin çözülməsindən asılı olduğunu bəyan edib. Türkiyənin baş naziri bələdiyyə seçkisinin nəticələriylə bağlı İstanbuldakı iqtidar partiyasının qərargahında iclas keçrib. Altı saatlıq toplantının ardından o, mətbuat nümayyəndələrinin suallarını cavablandırıb. Mətbuat konfransında verilən bütün suallar demək olar ki, Ermənistanla sərhədlərin açılması haqqında olub. Baş nazir Ermənistanla sərhədlərin açılması üçün aparılan hazırlıq işlərini haqqda xəbərləri şaiyə adlandırıb. O, bu işdə Türkiyə müxalifətinin ittiham edib. Baş nazirin fikrincə, hökumətin ermənistanla münasibətləri məsələsindəki addımlarını tənqid edən müxalifət iftira ilə məşğuldur. «Ermənistanla Azərbaycan arasındakı məsələ həll edilməzsə, heç bir zaman sərhədlərin açılması addımını atmağımız mümkün deyil». Rəsmi Ankara Türkiyə-Ermənistan münasibətlərinin yalnız Dağlıq Qarabağ münaqişəsinin gələcəyindən asılı olduğunu bir daha bəyan edib. Bu məsələ həllini tapmayınca Ermənistanla münasibətlərin tam şəkildə normalaşması Ankaranın siyasi prioritetinə daxil deyil.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar