SON XƏBƏRLƏR

İRAN ORTA ŞƏRQDƏ JURNALİSTLƏRİN ƏN BÖYÜK HƏBSXANASIDIR

2021.10.20, 07:36
İRAN ORTA ŞƏRQDƏ JURNALİSTLƏRİN ƏN BÖYÜK HƏBSXANASIDIR

Gunaz.tv
“Sərhədsiz reportyorlar” beynəlxalq jurnalist təşkilatı (Paris) bəyanat yayaraq İranın Orta Şərqdə jurnalistlərin ən böyük həbsxanası olduğunu bildirib. bəyanatda həbsdə saxlanan 7 jurnalist və 2 bloqçunun qanunsuz tutulduğu vurğulanaraq onların dərhal azadlığa buraxılması tələb edilib: “Bu jurnalist və bloqçular özbaşınalıq üzündən həbs edilib. Biz hazırda həbsdə saxlanan Məhəmməd Sadıq Kəbudvənd, Məhəmmədhəsən Fəllahiyəzadə, Məsud Kürdpur, Müctaba Lütfi, Kavə Cavanmərd, Bəhmən Tutunçu, Ədnan Həsənpur, Hüseyn Derəxşan və Roksana Sabirinin dərhal azadlığa buraxılmasını tələb edirik”. Bəyanatda həmçinin məhbus jurnalist və bloqçuların Tehranın Evin həbsxanasının 209-cu və 240-cı korpusunda ağır fiziki və psixi təzyiq altında saxlandığı vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar