SON XƏBƏRLƏR

Tarixi abidələr yerlə yeksan oldu

2021.10.20, 07:36
Tarixi abidələr yerlə yeksan oldu

Gunaz.tv
Tarixi abidələr yerlə yeksan oldu İtaliya yeraltı təkanların cəngindən canını qurtara bilmir. Güclü zəlzələnin baş verdiyi Akvila şəhərində 5.2 bal gücündə növbəti təkanlar qeydə alınıb. Son məlumat görə zəlzələ nəticəsində ölənlərin sayı 280 nəfəri ötüb. İtaliyanın mərkəzində yerləşən qədim Abruttsi regionu indi əsl xarabağılı xatırladır. 15 -16 əsir yaşı olan tarixi abidələr məhv olub. İndi bu tarixi mədəniyyət abidələrini yalnız fotolorda və video görüntülərdə seyr etmək mümkündür. Fəlakət zonasına bu gün İtaliya prezidenti Corcio Napolitano baş çəkəcək. Baş nazir Silvio Berluskoni isə artıq üçüncü dəfə Akvila şəhərinə gəlib. O, regionun bərpa olunacağını və zərər çəkənələrə yardım ediləcəyini bildirib. Əhali fəlakət zamanı ölənləri dəfn etməyə başlayıb. Sabah ölkədə ümummilli matəm günü elan edilib. İtaliyanın mərkəzində növbəti dəfə yeralıt təkanlar baş verib. Bu gün səhər saatlarında qeydə alınan zəlzələnin gücü Rixter cədvəliylə 5.2 bal olub. Yeraltı təkandan xəsarət alan olmasa da, müəyyən dağıntılar olub. Ümumilikdə fəlakət zamanı İtaliyada ölənələri sayı 280 nəfəri keçib. Rəsmilər dağıntılar altında xilasetmə işlərini aperlin 12-ə dək davam edəcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar