SON XƏBƏRLƏR

Rauf Denktaş «Ergenekon»-la əlaqəli bilinir

2021.10.20, 07:36
Rauf Denktaş «Ergenekon»-la əlaqəli bilinir

Gunaz.tv
Rauf Denktaş «Ergenekon»-la əlaqəli bilinir «Ergenekon» qruplaşması barədə aparılan məhkəmə prosesinin əhatəsi genişlənir. Artıq Şimali Kipr Türk Cümhuriyyətinində ergenekonçularla adı bir yerdə hallanmağa başlayıb. Türkiyə Baş Prokurorluğu Şimali Kipr hökumətindən Rauf Denktaş və Dərviş Əroğlunun istintaqa cəlb olunması tələb edib. Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu olan Rauf Denktaş və keçmiş baş nazir müxalifətçi Milli Birlik Partiyasının rəhbəri Dərviş Əroğlunun adı «Ergenekon»-la bağlı araşdırma iddianaməsində qeyd olunub. Bu tələb məsələsinə münasibət bildirən Rauf Denktaş iddiaları ciddiyə almadığını deyib. Dərviş Əroğlu isə Türkiyə iqtidarını tənqid edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar