SON XƏBƏRLƏR

Sərhədlərin açılması «Bakı-Tiflis-Qars» dəmiryolu layihəsinin əhəmiyyətini azalda bilər

2021.10.20, 07:36
Sərhədlərin açılması «Bakı-Tiflis-Qars» dəmiryolu layihəsinin əhəmiyyətini azalda bilər

Gunaz.tv
Millət vəkili Əli Məsimli hesab edir ki, sərhədlər açılandan sonra rəsmi İrəvan yüklərin Ermənistan üzərindən daşınmasını təklif edə bilər «Türkiyə-Ermənistan sərhədlərinin açılması «Bakı-Tiflis-Qars» dəmiryolu layihəsinin əhəmiyyətini azalda bilər». Bu barədə millət vəkili Əli Məsimli ANS-ə məlumat verib. Millət vəkili hesab edir ki, sərhədlər açılandan sonra rəsmi İrəvan yüklərin Ermənistan üzərindən daşınmasını təklif edə bilər. Onun fikrincə, istənilən halda Azərbaycan hakimiyyəti «Bakı-Tiflis-Qars»ın reallaşdırılmasını başa çatdırmalı və Orta Asiya yüklərinin Avropaya çatdırılmasında bu marşrutdan istifadə etməlidir. «Eyni zamanda, «Bakı-Tiflis-Qars»ın reallaşdırılması Naxçıvanın blokadadan çıxmasına imkan verir. Burada tələ ola biləcək məqamlar var. Ermənistan məsələ qaldıra bilər ki, bizim ərazidən xətt çəkməklə daha əlverişli variant almaq olar. Hadisələr də göstərir ki, Türkiyə hökuməti üzdə bir şey deyir. Amma başqa danışıqlar da gedir»,-deyə Ə.Məsimli qeyd edib. /ANS TV/ © 2008-2009 Bütün hüquqlar qorunur

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar