SON XƏBƏRLƏR

Dədə Katib Kanadada anılacaq

2021.10.20, 07:36
Dədə Katib Kanadada anılacaq

Gunaz.tv
Dədə Katib Kanadada anılacaq Aprelin 11-də Kanadanın Toronto şəhərində Güney Azərbaycanın böyük şairi, mərhum Hacı Əbdülrəhman Təyyarı (Dədə Katib) anma mərasimi keçiriləcək. tədbir Yunus Təyyar Quluncu (Dədə Katibin oğlu) və Əlirza Cavanbəxt Quluncunun təşkilatçılığıyla saat 17:00-dan 19:00-dək Victoria Park-McNicoll, 1057 McNicoll Ave. ünvanında düzənlənəcək. Qeyd edək ki, Əbdürrəhman Təyyar Qulunculu (Dədə Katib) bu ilin fevralında 84 yaşında vəfat edib. Dədə Katib sünni türklərinin Hənəfi məzhəbinin böyük alimi kimi tanınıb. Şairin şeirləri Azərbaycan Respublikasında da maraqla qarşılanıb, “Gözümüz aydın”, “İnci sədəf” və “Urmu gölü” şeirlər toplusu əhali arasında yayılıb. Şair Azərbaycan və Anadolu türkcəsində yazıb. Gəncliyində “Katib” təxəllüsü ilə yazan şairə “Dədə” adı Türkiyədə verilib. O, ömrünün son illərini Urmiyanın Quluncu qəsəbəsində yaşayıb. Ömrünün böyük hissəsini Azərbaycan dili və ədəbiyyatının inkişafına həsr etmiş mərhumun yas mərasimi mərhumun doğulduğu Quluncu kəndində keçirilib. Mərasimdə Salmas, Sulduz, Xoy və Şəbüstərdən xeyli şair, yazıçı, aşıq, tədqiqatçı iştirak edib. Mərasimdə Urmiyadan parlamentə deputat seçilmiş Seyid Süleyman Zakir və Nadir Qazipur, Urmiya Şəhər Şurasının sədr canişini Məhəmmməd Həzrətpur və başqaları mərhumun ədəbi fəaliyyəti və Azərbaycan dilinin inkişafı uğrunda apardığı fəaliyyət barədə çıxış ediblər. Dədə Katibin 21 fevral Ümumdünya Ana Dili Günündə vəfat etdiyini nəzərə alan "Ettelaat"ın Urmiya şöbəsi dəfn mərasiminə gələnlərin sayını məhdudlaşdırmaq üçün şairin cənazəsinin xəstəxanadan doğulduğu kəndə aparılıb təcili basdırılması üçün Quluncu Kənd Şurasına təzyiq göstərib, şairsevərlərin kəndə axınına mane olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar