SON XƏBƏRLƏR

Müxalifət Moldova prezidentinin iqamətgahını ələ keçirib

2021.10.20, 07:36
Müxalifət Moldova prezidentinin iqamətgahını ələ keçirib

Gunaz.tv
Müxalifət Moldova prezidentinin iqamətgahını ələ keçirib Müxalifət tərəfdarları binanın üstünə Avropa İttifaqının bayrağını sancıblar Moldova müxalifət tərəfdarları prezident iqamətgahını ələ keçiriblər. "RİA Novosti"nin məlumatına görə, onlar iqamətgahın girişinə Rumıniyanın, binanın üstünə isə Avropa İttifaqının bayrağını sancıblar. Qeyd edək ki, artıq aksiya iştirakçıları bir az əvvəl prezident iqamətgahı qarşısındakı polis mühasirəsini yara bilmişdilər. Onlar birinci mərtəbənin qapı və pəncərələrini sındırıblar. Daşlanan polislər isə binanın içərisinə doğru hərəkət etməyə vadar olub. Eyni zamanda parlamentin binası da müxalifət tərəfdarlarının hücumuna məruz qalıb. Aksiya iştirakçıları oradan mebelləri çıxarıb və yandırıblar. Agentliyin məlumatına görə, müxalifətin bir qismi isə hökumət binasına doğru irəliləyir. Yürüşə Lideral-Demokrat partiyasının lideri Vladimir Flat, Liberal Partiyanın rəhbəri Mixail Qimpu və Dorin Kirtoaks rəhbərlik edir. Bu partiyalar Moldovanın Rumıniya və Avropa Birliyi ilə yaxınlaşmasının tərəfdarıdır. Xatırladaq ki, müxalifət aprelin 5-də keçirilən parlament seçkisinin nəticələrinə etiraz edir və növbədənkənar seçkinin keçirilməsini tələb edir. Bu gün baş verən qarşıdurma nəticəsində 30-dan artıq insan yaralanıb. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar