SON XƏBƏRLƏR

TÜSİAB Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı mövqeyini açıqlayıb

2021.10.20, 07:36
TÜSİAB Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı mövqeyini açıqlayıb

Gunaz.tv
TÜSİAB Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi ilə bağlı mövqeyini açıqlayıb “1994-cü ildə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə yaradılmış Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyəti hər zaman regiondakı prosesləri yaxından izləyir, Azərbaycanın bu məsələdəki həssaslığını bilir və bunu qəbul edir. TÜSİAB bu müzakirələr çərçivəsində vazkeçilməz amil kimi Azərbaycanın ərazi bütövlüyünün təmin olunması halında qarşılıqlı dialoqların aparılmasını məqbul hesab edir”. Bu sözlər Azərbaycan Türk Sənayeçi və İş Adamları Beynəlxalq Cəmiyyətinin (TÜSİAB) Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair yayılan məlumatlarla bağlı açıqlamasındandır. TÜSİAB-dan ANNSPRESS-ə verilən açıqlamada bildirilir ki, Türkiyə prezidenti Abdullah Gülün “Regiondakı problemlərin kökündən həll edilməsi üçün öncə Cənubi Qafqazdakı bütün münaqişələrin, xüsusi ilə də Qarabağ probleminin həlli vacibdir”, eyni zamanda baş nazir Rəcəb Tayyib Ərdoğanın “Dağlıq Qarabağ problemi həll olunmadan bizim Ermənistanla bağlı rasional qərar qəbul etməyimiz mümkün deyil” bəyanatları hökumət nümayəndələrinin də buna yaxın mövqedə olduqlarından xəbər verir: “Biz, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan prezidentimiz İlham Əliyevin yürütdüyü siyasi kursunun belə problemli məsələlərdən ən səmərəli çıxış yolları tapdığının dəfələrlə şahidi olmuşuq. Ümid edirik ki, bu məsələ də qədim köklərə malik iki qardaş ölkənin mənfəətləri çərçivəsində öz həllini tapacaq”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar