SON XƏBƏRLƏR

TÜRKİYƏ-ERMƏNİSTAN MÜZAKİRƏLƏRİNİN BƏZİ DETALLARI ÜZƏ ÇIXIB

2021.10.20, 07:36
TÜRKİYƏ-ERMƏNİSTAN MÜZAKİRƏLƏRİNİN BƏZİ DETALLARI ÜZƏ ÇIXIB

Gunaz.tv
TÜRKİYƏ-ERMƏNİSTAN MÜZAKİRƏLƏRİNİN BƏZİ DETALLARI ÜZƏ ÇIXIB Türkiyə ilə Ermənistanın münasibətlərin normallaşdırılması istiqamətində ilkin anlaşmanı imzalamağa yaxınlaşdıqlarına dair yeni bir məlumat yayılıb. “Hürriyet” qəzetinin yazdığına görə, yaxın zamanlarda imzalanması ehtimal olunan anlaşma mətni Türkiyə ilə Ermənistan arasındakı sərhədin simvolik olaraq həftədə bir dəfə açılmasını nəzərdə tutur. Sərhədlərin tamamən açılması isə danışıqlar başa çatdıqdan sonra mümkün olacaq. Razılaşmada diplomatik əlaqələrin ortaq variantının da əksini tapdığı xəbər verilr. Həmin varianta görə, Türkiyə və Ermənistan diplomatik əlaqələrini Tbilisi üzərindən həyata keçirəcək - Ermənistanın bu şəhərdəki səfiri Ankarada, Türkiyənin səfiri isə İrəvanda akkreditə olunacaq. Türkiyə ilə Ermənistan arasındakı danışıqlarda Azərbaycanın işğal olunmuş 5 rayonunun boşaldılması, enerji sahəsi başda olmaqla 3-4 məsələdə əməkdaşlıq edilməsi ilə bağlı niyyət bəyanatları da müzakirə mövzusudur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar