SON XƏBƏRLƏR

Barak Obama İraqa səfər edib

2021.10.20, 07:36
Barak Obama İraqa səfər edib

Gunaz.tv
Barak Obama İraqa səfər edib Birləşmiş Ştatlar prezidenti Barak Obama gözlənilmədən İraqa səfər edib. Ağ Ev rəhbəri Bağdadda hərbiçilər və İraqın baş naziri Nuri Əl-Malikiylə görüşüb. O, İraqdakı siyasi qrupları təhlükəsizliyi təmin olunması üçün güzəştə getməyə çağırıb. Həmçinin qarşıdan gələn 18 ayın iraqdakı amerika kontingenti üçün həlledici olacağını bəyan edib. ----------------------------------------------------------- İtaliyada yeraltı təkanlar səngimək bilmir İtaliya yeraltı təkanlardan canını qurtara bilmir. Bir neçə gün öncə baş vermiş təbii fəlakətin itkilərini aradan qaldırmamış ölkənin mərkəzində yenidən güclü zəlzələ qeydə alınıb. Yeraltı təkanlar bir sıra rayonlarda dağıntılara səbəb olub. Rəsmilər güclü təkanların təkrarlana biləcəyini bəyan ediblər. Zəlzələ nəticəsində ölənlərin sayı artıq 250-ini ötüb. Dünən axşam saatlarında qeydə alınan növbəti yeraltı təkanınn gücü rixter cədvəliylə 5.6 bal olub. Bazar günü baş vermiş zəlzələnin şoku səngiməmiş İtaliyanı yenidən həyəcan bürüyüb. Müəyyən dağıntılar yaradan növbəti yeraltı təkanlar sakinləri təşvişə salıb. Evlərinə getməkdən çəkinən insanlar artıq İtaliyanın mərkəzi bölgəsini tərk etməyə başlayıblar. Baş nazir Silvio Berluskonidə sakinlərə evlərinə qayıtmamağı məsələhət görüb. O, növbəti yeralıt təkanların gözlənildiyini bəyan edib. Hazırda İtaliyanın mərkəzidə, xüsusiylə də Akvila şəhərində güclü seysmoloji aktivlik müşahidə olunur. Mütəxəssislər də güclü təkanların təkrarlanacağı qeyd ediblər. Sonuncu yeraltı təkanlar paytaxt Romada da hiss olunub. Son 30 ilin ən güclü zəlzələsiylə üzləşən İtaliyada təbii fəlakətin qurbanları daha da artıb. Təhlükəsizlik qüvvələri hazırda 250-dən çox adamın öldürüyünü bildirib. Həmçinin yüzlərlə adamın dağıntılar altında qaldığı etimal edilir. Yaralıların sayı isə 1500-dən çoxdur. Həkimlər onların yüzünün vəziyyətinin ağır olduğunu bəyan edib. Xilasetmə işləri gücləndirilib. Son xilasetmə zamanı təhlükəsizlik qüvvələri bir gənc qızın həyatını xilas edə biliblər. Ümumilikdə 150 nəfəri dağıntılar altından salamat çıxarmaq mümkün olub. Rəsmilər xilasetmə işlərinin daha iki gün davam etdiriləcəyini bildirib. Lakin onlar dağıntılar alatındakı insanların sağ qalma etimalının az olduğunu söyləyiblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar