SON XƏBƏRLƏR

ABŞ İRANIN 6 ŞİRKƏTİNƏ və BİR ÇİN VƏTƏNDAŞINA SANKSİYA QOYUB

2021.10.20, 07:36
ABŞ İRANIN 6 ŞİRKƏTİNƏ və BİR ÇİN VƏTƏNDAŞINA SANKSİYA QOYUB

Gunaz.tv
ABŞ İRANIN 6 ŞİRKƏTİNƏ və BİR ÇİN VƏTƏNDAŞINA SANKSİYA QOYUB Stüart Levi ABŞ Maliyyə Nazirliyi İranın nüvə və raket proqramı ilə əməkdaşlıqda günahlandırılan 6 İran şirkəti və 1 Çin vətəndaşına sanksiya qoyub. «Media forum» saytının məlumatına görə, nazir müavini Stüart Levi aprelin 7-də jurnalistlərə açıqlamasında sanksiyaya məruz qalan Xorasan Metallurgiya Sənayesi, Kavə Kəsmə Cihazları, Əmin Sənaye Kompleksi, Yəzd Metal Sənayesi Şirkəti, Səyyad Şirazi Sənaye Şirkəti və Batareya Şirkətini maliyyə sistemindən sui-istifadədə, İranın nüvə və raket proqramına yardımda günahlandırıldığnı vurğulayıb. S.Levi həmçinin Çin vətəndaşı, «Limet» ticarət şirkətinin direktoru Li Fang Vini İranın nüvə və raket proqramı ilə əməkdaşlıqda suçlanaraq sanksiyaya məruz qaldığını bildirib. Qərb ölkələri İranın nüvə proqramının hərbi xarakter daşımasından ehtiyat etsələr də, İran bunu inkar edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar