SON XƏBƏRLƏR

Sarksiyan yenidən sayıqlamağa başlayıb

2021.10.20, 07:36
Sarksiyan yenidən sayıqlamağa başlayıb

Gunaz.tv
Sarksiyan yenidən sayıqlamağa başlayıb «Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək mümkün olmasaydı, mən prezident seçilməyə razı olmazdım. Hələ 70-ci illərin sonlarında anlamağa başlamışam ki, Dağlıq Qarabağın Azərbaycanın tərkibində yeri yoxdur». Bunu Ermənistan prezidenti Serj Sakisyan almaniyalı jurnalistlərlə müsahibəsində bildirib. Söhbət zamanı Ermənistan prezidenti Dağlıq Qarabağı tarixi erməni torpağı adlandıraraq orada yaşayanları heç zaman tək qoymayacaqlarına işarə edib. Serj Sarkisyan bildirib ki, Azərbaycan Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyadan sonra böyük siyasətdən gedəcək. O, əlavə edib ki, həmin gün onun həyatında ən xoşbəxt gün ola bilər. Belə bir günü görmək ona heç zaman nəsib olmayacağını anlayan Ermənistan prezidenti tarixi faktları saxtalaşdırmaqdan belə çəkinməyib. Bildirib ki, Dağlıq Qarabağ 20-ci illərdə Azərbaycanın tərkibinə güc vasitəsilə daxil edilib və ötən əsrin müxtəlif dövrlərində həmin ərazilərdə narazılıqlar baş verirdi. Dağlıq Qarabağda, Kommunist Partiyasının rayon komitəsində vəzifə tutduğunu yada salan Sarkisyan, erməni xislətinə sadiq qalaraq, o illər ərzində Qarabağda ermənilərin sıxışdırıldığını, demoqrafik vəziyyətinin süni dəyişdirilməsinə cəhdlər göstərildiyini dilə gətirib. «Bizim başqa seçimimiz yox idi. Biz, Qarabağ erməniləri ya vətəni ya da Kommunist Partiyasını seçməliydik. Seçimimiz təbii ki, vətən oldu» - o dövrün hadisələrini özünəməxsus şəkildə təqdim edən düşmən ölkənin prezidenti, «Rəsmi Yerevan qərar qəbul etməkdə azaddırmı?» sualının cavabında, « Heç kəs deyə bilməz ki, qərar qəbul edərkən tam azaddır» - deyə bildirib və bunula da Ermənistanın forpost ölkə olduğunu bir daha təsdiqləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar