SON XƏBƏRLƏR

Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi diqqət mərkəzindədir

2021.10.20, 07:36
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi diqqət mərkəzindədir

Gunaz.tv
Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi diqqət mərkəzindədir İstanbulda keçirilən «Mədəniyyətlər ittifaqı» formunun son günündə də Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi diqqət mərkəzində olub. Forumun sonunda keçrilən mətbuat konfransında Türkiyənin xarici işlər naziri Əli Babacan çıxış edib. O, rəsmi Ankaranın münaqişə deyil, dialoq və iş birliyi istədiyini vurğulayaraq hazırda Yerevanla əhatəli çözüm üzərində danışıqlar aparıldığını bildirib. Türkiyənin xarici işlər naziri Türkiyə-Ermənistan və Ermənistan-Azərbaycan məsələlələrinin həllində üçüncü tərəf olan ölkələrin həssas formada münasibət göstərməsinin önəmini qeyd edib. Ermənistanla Türkiyə münasibətlərinin istiləşməsi nəticəsində Ankara ilə Bakı arasında bir küskünlüyün yaranması barədə sualı Əli Babacan Heydər Əliyevin «Bir millət iki dövlət» sözləriylə cavablandırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar