SON XƏBƏRLƏR

Dövlət Bağçalı:“Azərbaycanlı qardaşlarımız haqlı olaraq təpki göstərməyə başlayıblar”

2021.10.20, 07:36
Dövlət Bağçalı:“Azərbaycanlı qardaşlarımız haqlı olaraq təpki göstərməyə başlayıblar”

Gunaz.tv
Dövlət Bağçalı:“Azərbaycanlı qardaşlarımız haqlı olaraq təpki göstərməyə başlayıblar” Türkiyənin müxalifət partiyası olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı da AKP iqtidarının Ermənistanla bağlı siyasətini tənqid edib. Lent.az-ın məlumatına görə, Bağçalı deyib ki, Türkiyə ilə Ermənistan arasındakı problemlərin qaynağı Türkiyə deyil, Ermənistanın mövqe və tələbləridir. Ermənistanın Türkiyə ilə ortaq sərhədini tanımadığını, Türkiyənin torpaq bütövlüyünü şübhə altına alaraq Şərqi Anadolunun bir hissəsinin “Qərbi Ermənistan” olaraq qəbul etdiyini və Ağrı Dağını “Ermənistanın milli simvolu” olaraq gördüyünü xatırladan Bağçalı daha sonra deyib: “Bölgədə sülh və sabitliyin önündəki ən böyük əngəl olan Ermənistanın dost və qardaş Azərbaycan torpaqlarının təxminən beşdə biri üzərindəki işğalı hələ də davam edir. Bununla yanaşı, türk tarixini və millətini ən alçaldıcı iş olan soyqırım törətmək iddiası ilə məhkum etmək üçün həyasız bir beynəlxalq kampaniya aparır. Buradan AKP hökumətini xəbərdar edirəm: Bir yalan iddianı hər kəsin qəbul etmiş olması da onun doğru olması demək deyil. Doğru və gerçək hər zaman eynidir və tək başına qalsanız da milli prinsiplərimizi və tarixi haqqımızı son qədər müdafiə etməliyik. Bu, sizə əcdadlarımızın əmanətidir, Türk millətinin namusuna təslim edilmiş gerçəkliklərdir. Birtərəfli güzəştlər edilərək, təzyiqlərə boyun əyərək qurulan münasibətlərin Ermənistanla olan hissəsinin ağır sonla qurtaracağı görünməyə başlayıb, azərbaycanlı qardaşlarımız da Türkiyənin bu yaxınlaşmasına haqlı olaraq təpki göstərməyə başlayıblar. Qardaş Azərbaycanı incidərək torpaqlarını geri almaq üçün verdikləri haqlı və dönməz mücadiləni uğursuzluğa düçar edəcək və onları yalnızlaşdıracaq yanlış yoldan bir an öncə dönülməsini gözləyirik. Unudulmaması lazım olan budur: Heç bir Türkiyə Cümhuriyyəti hökuməti Ermənistanı qarşılıq görmədən sözdə qazanmaq uğrunda qardaş Azərbaycanı itirmək və gözdən çıxarmaq kimi bir tədarük görə bilməz və əsla görməməlidir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar