SON XƏBƏRLƏR

Moldova müxalifəti Prezident Aparatına hücuma keçib

2021.10.20, 07:36
Moldova müxalifəti Prezident Aparatına hücuma keçib

Gunaz.tv
Moldova müxalifəti Prezident Aparatına hücuma keçib Bundan əvvəl parlamentin binası da müxalifətin əlinə keçib Aprelin 7-də Kişinyovda etiraz aksiyalarına başlayan Moldova müxalifətinin tərəfdarları Prezident iqamətgahının ətrafındakı milis mühasirəsinin yarıblar. Lent.az-ın “İnterfaks”a istinadən məlumatına görə, mitinqçilər polisləri daşlayaraq onları binanın içinə çəkilməyə məcbur ediblər. Aksiya iştirakçıları qapıları çıxararaq aşağı mərtəbələrin pəncərələrini sındırıblar. Polislər isə içəridə qruplaşaraq insanları suvuranlarla qovmağa çalışırlar. Qeyd edək ki, bundan əvvəl mitinqçilər parlamentin binasını ələ keçiriblər. Binadan mebellər çıxarılıb və onlardan ocaq qalanıb. Prezident Vladimir Voroninin hazırda harada olduğu məlum deyil. Bəzi məlumatlara görə, o, xalqa müraciətlə çıxış etməyə hazırlaşır. Qeyd edək ki, Kişinyovun mərkəzindəki mitinqi müxalifət partiyaları təşkil ediblər. Onlar parlament seçkilərində kommunistlərin qələbəsinə etiraz edirlər. Xatırladaq ki, Mərkəzi Seçki Komissiyası seçkilərdə Moldova Kommunist Partiyasının qalib gəldiyini və 49,9 faiz səs yığdığını elan edib. Bu səs kommunistlərə parlamentdəki 101 yerdən 62-53-nü tutmağa və prezidenti heç bir koalisiyaya getmədən seçməyə imkan verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar