SON XƏBƏRLƏR

ABŞ prezidenti Barak Obama Türkiyəyə hörmətsizlik edib - Millətçi Hərəkət Partiyasının lideri

2021.10.20, 07:36
ABŞ prezidenti Barak Obama Türkiyəyə hörmətsizlik edib - Millətçi Hərəkət Partiyasının lideri

Gunaz.tv
ABŞ prezidenti Barak Obama Türkiyəyə hörmətsizlik edib - Millətçi Hərəkət Partiyasının lideri Türkiyədə müxalifət partiyası Millətçi Hərəkat Partiyasının (MHP ) lideri Devlet Bahşeli keçirdiyi mətbuat konfransında ABŞ prezidentinin Türkiyəyə qarşı hörmətsizlik etdiyini bildirib. Bu haqda Türkiyənin CNN Türk telekanalı məlumat verib. Trend News-un arayışı: ABŞ prezidenti Barak Obamanın aprelin 6-dan Türkiyəyə rəsmi səfəri başlayıb. ABŞ Administrasiyası rəhbərinin ilk müsəlman ölkəsinə rəsmi səfəri iki gün davam edəcək. Müzakirə olunacaq məsələlər sırasında Türkiyənin Avropaya inteqrasiya perspektivləri də var. ABŞ prezidentinin Ankara və İstanbula səfəri ilə əlaqədar xüsusi təhlükəsizlik tədbirləri görülüb. Prezident kortejinin hərəkət zonasını 4 min türk polisi və xüsusi xidmət əməkdaşları mühafizə edəcək. İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının 20 faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır. "Obamanın, Ermənistan tərəfindən qardaş Azərbaycana və Türkiyəyə qarşı yeridilən siyasətin qarşısında sərhədlərin açılmasının tərəfdarı olması Türkiyəyə qarşı hörmətsizlikdir", - deyə MHP lideri Bahçeli bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar