SON XƏBƏRLƏR

Zahid Oruc: "Bu, türk dünyasının siyasi gələcəyi üçün böyük təhlükə ola bilər"

2021.10.20, 07:36
 Zahid Oruc: "Bu, türk dünyasının siyasi gələcəyi üçün böyük təhlükə ola bilər"

Gunaz.tv
Türkiyə Ermənistanla sərhədləri açacaqmı? Zahid Oruc: "Bu, türk dünyasının siyasi gələcəyi üçün böyük təhlükə ola bilər" "Türkiyənin sərhədləri açmaq əməliyyatını onun bütövlükdə regionun geosiyasətini dəyişmək planı və bir məsələni iki dövlət arasındakı münasibətlərin hansısa bir elementi üzərində qurması kimi qiymətləndirmək doğru olmazdı". Bu haqda millət vəkili Zahid Oruc açıqlama verib. O, bildirib ki, əgər dəyişiklik olsa, bu, bir çox məsələlərdə özünü göstərəcək. "Türkiyə və Azərbaycan arasındakı münasibətləri, iqtisadi və siyasi əlaqələri, xalqlar arasındakı bağları dəyişmək sadəcə mümkün deyil. Gərək beynəlxalq aləmdə, xarici siyasətdə bu iki dövlətin münasibətləri o dərəcədə bir-birinə qarşı olsun ki, onların hər birini müxtəlif məsələlərdə zərbə altına almaq mümkün olsun" deyən millət vəkili qeyd edib ki, Azərbaycanın ictimai və siyasi elitası bu məsələ ilə bağlı özlərinin kəskin mövqeyini ortaya qoyarkən, bunu tək Dağlıq Qarabağ və Azərbaycanın maraqlarına bağlamır: "Sərhədlərin açılması türk dünyasının siyasi gələcəyi üçün böyük təhlükə ola bilər. Türkiyənin siyasi rəhbərliyi də artıq bunun fərqindədir. Düşünürəm ki, bununla bağlı atılan bütün addımlar gec-tez öz nəticəsini verəcək". ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar