SON XƏBƏRLƏR

Türkiyə ictimaiyyəti sərhdlərin açılmasına etiraz edir

2021.10.20, 07:36
Türkiyə ictimaiyyəti sərhdlərin açılmasına etiraz edir

Gunaz.tv
Türkiyə ictimaiyyəti sərhdlərin açılmasına etiraz edir Türkiyə ictimaiyyəti Ermənistanla sərhədlərin açılmasına etiraz olaraq internet kampaniyaya (http://www.turkiye-ermenistan-kapilar-acilmasin.org/index.htm) başladılıb. Sözügedən ünvanda (http://www.turkiye-ermenistan-kapilar-acilmasin.org/index.htm) Türkiyə prezidenti Abdullah Gülə, Baş nazir Rəcəb Tayyip Ərdoğana və digər ölkə rəsmilərinə ünvanlanan müraciətdə bildirilir: “Son günlər media və bəzi qeyri-hökumət təşkilatları tərəfindən gündəmə gətirilən Ermənistan ilə sərhədlərin açılması ehtimalını aşağıdakı həqiqətləri nəzərə alaraq bir daha dəyərləndirməyi düşünürük. Türkiyə Ermənistan ilə münasibətləri yaxşılaşdırmaq üçün addım atarkən qarşı tərəfdən heç zaman analoji reaksiya verilməyib. Futbol diplomatiyası ilə qeydə alınan birtərəfli yaxınlaşma belə erməni rəsmilərinin öz siyasətlərindən imtina etməyəcəkləri barədə bəyanatları ilə nəticələnib. Ermənistan hələ də Türkiyənin ərazi bütövlüyünü tanımayıb və Ağrı dağını rəsmi sənədləşmələrdə milli simvol kimi istifadə etməkdədir. Türkiyə-Ermənistan yaxınlaşması Dağlıq Qarabağ münaqişəsi səbəbilə Türkiyə-Azərbaycan münasibətlərinə böyük zərər vura bilər. Türkiyənin xarici siyasəti 17 ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın lehinə nizamlanmasını şərt olaraq irəli sürməsi sadəcə Azərbaycanın təbii ehtiyatları və bu ölkə ilə ticarət həcminin artmasından irəli gəlmir. Bu, “bir millət, iki dövlət olan” Türkiyə və Azərbaycanın tarix boyunca bir-birilərinə dəstək verməsindən irəli gəlir. Əgər qardaşlığı bir kənara qoysaq, Türkiyə bu addımı müəyyən qazanc naminə edirsə, o zaman Azərbaycanla münasibətlərdən əldə edilən üstünlüklər daha çoxdur. Çoxlu neft və qaz ehtiyatları olan, Mərkəzi Asiyaya qapı rolunu oynayan Azərbaycan Türkiyə üçün daha önəmlidir. Ermənistanın isə Türkiyəyə verə biləcəyi pozitiv heç nə yoxdur. Çanaqqala savaşında Azərbaycanın Türkiyəyə qızıl, pul və hərbi yardım göstərdiyini hamımız bilirik. Təbii müasir dövrümüzdə Türkiyənin Azərbaycana verdiyi dəstəkləri də bilir və unutmuruq. Bu günə qədər Türkiyə beynəlxalq platformalarda həmişə Azərbaycanı dəstəkləyib. Mediada “sərhədlər qondarma “erməni soyqırımı” ABŞ Konqresində qəbul olmasın deyə açıla bilər” kimi fikirlər yer almaqdadır. Bu il Azərbaycanı itirən Türkiyə gələn il “erməni soyqırımı” tanınmasın deyə nəyi və nələri qurban verəcək. Biz Türkiyənin Azərbaycanın Dağlıq Qarabağ məsələsində tənha buraxacağına inanmırıq və Türkiyə-Ermənistan sərhədlərinin Ermənistanın Dağlıq Qarabağda işğalı aradan qaldırılana qədər açılmayacağını düşünərək bu müraciətə imza atırıq”. Ria.Az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar