SON XƏBƏRLƏR

Əhmədinejadın rəqibi ABŞ-la danışıqlara hazırdır

2021.10.20, 07:36
Əhmədinejadın rəqibi ABŞ-la danışıqlara hazırdır

Gunaz.tv
Əhmədinejadın rəqibi ABŞ-la danışıqlara hazırdır Mir Hüseyn Musəvi İranın nüvə proqramının əleyhinə çıxıb İranda keçiriləcək prezident seçkilərində əsas namizədlərdən biri olan islahatçı Mir Hüseyn Musəvi qalib gəldiyi təqdirdə ABŞ-la danışıqlara başlamağa hazır olduğunu bildirib. Lent.az-ın “VOA News”ə istinadən verdiyi məlumata görə, Musəvi İrandan həddən artıq çox şey tələb edilməyəcəyi təqdirdə danışıqlara hazır olduğunu vurğulayıb. Prezidentliyə namizəd İranın hazırkı lideri Əhmədinejadın “ekstremal” xarici siyasət yürütdüyünü bəyan edib. Onun fikrincə, İran dünya dövlətləri ilə gərginliyin əsas səbəb olan nüvə proqramından imtina etməlidir. Mir Hüseyn Musəvi ayətulla Xomneyinin dövründə baş nazir postunu tutub. Nüfuzlu siyasətçinin Əhmədinejadın əsas rəqibi olacağı güman edilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar