SON XƏBƏRLƏR

Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazandı

2021.10.20, 07:36
Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazandı

Gunaz.tv
Azərbaycan ağırlıqqaldıranı Avropa çempionatında gümüş medal qazandı Rumıniyanın paytaxtı Buxarestdə ağırlıqqaldırma üzrə sayca 88-ci Avropa çempionatı start götürüb. Lent.az-ın məlumatına görə, yarışın ilk günündə Azərbaycan ağır atletlərindən Zülfüqar Süleymanov mübarizəyə qoşulub. 62 kq çəkidə mübarizə aparan 27 yaşlı idmançımız birdən qaldırmada 125 kq, təkanla isə 160 kq nəticə göstərib. Süleymanov təkanla qaldırmada Erol Bilginlə (Türkiyə) eyni miqdarda ağırlığın öhdəsindən gəlsə də, çəkisinin rəqibindən 50 qram çox olması üzündən qızıl medal qazana bilməyib. Nəticədə həmyerlimiz gümüş medala layiq görülüb. Birdən qaldırmada isə Süleymanov bürünc medala sahib çıxıb. Nəhayət, iki hərəkətin cəmində 285 kq ağırlıq qaldıran idmançımız 25 xalla gümüş medal qazanıb. Qızıl medala isə ümumilikdə 293 kq (133 kq+160 kq) ağırlığın öhdəsindən gələn Erol Bilgin (Türkiyə) layiq görülüb. Bilgin həmyerlimizi 3 xal qabaqlayıb. Bu gün qitə çempionatında daha iki təmsilçimiz - Əfqan Bayramovla Sərdar Həsənov (hər ikisi 69 kq) mübarizəyə qoşulacaqlar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar