SON XƏBƏRLƏR

Çanaqqalada şəhid olan azərbaycanlıların xatirəsi əbədiləşdiriləcək

2021.10.20, 07:36
Çanaqqalada şəhid olan azərbaycanlıların xatirəsi əbədiləşdiriləcək

Gunaz.tv
Çanaqqalada şəhid olan azərbaycanlıların xatirəsi əbədiləşdiriləcək Beynəlxalq Diaspora Mərkəzi və Azərbaycanlıların Dayanışma Dərnəyi 1915-ci ildə martın 18-də baş vermiş Çanaqqala döyüşlərinin idönümünü anmaq məqsədi ilə Türkiyəyə edilmiş səfərin nəticələrinə dair aprel ayının 4-də mətubat konfransı keçirib. Səfər zamanı sədr İsmayıl Ağayev və professor Vaqif Ərzumanlı yaranmış şəraitdən istifadə edərək, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Türkiyənin müdafiə naziri Vecdi Gönül, Çanaqqala bələdiyyəsi və valisi ilə görüşlər keçirib. Bü görüşlərdə Türkiyə rəsmilərinə Çanaqqalada şəhid olmuş azərbaycanlıların xatirəsini əbədiləşdirmək təklif edilib və konkret olaraq, Çanaqqalada azərbaycanlı şəhdilərin şərəfinə xatirə löhvəsinin ucaldılmasına dair fikir mübadiləsi aparılıb. Qeyd edək ki, beynəlxalq diaspora mərkəzi həmçinin Çanaqqala döyüşlərində iştirak etmiş soydaşlarımız haqda kitab da nəşr etdirməyi planlaşdırır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar