Güney Azərbaycanda BAYRAMDA TÜRKCƏ AÇIQCA PAYLAYANLAR həbs edilib
2021.10.20, 07:36
Güney Azərbaycanda BAYRAMDA TÜRKCƏ AÇIQCA PAYLAYANLAR həbs edilib XXI əsrdə irqçi rejimlərə yer yoxdur". Bunu hərəkat təəssübkeşi "Azadlıq"a müsahibəsində deyib İranda Novruz bayramı aprelin əvvəlinədək davam edir. Türkün bu bayramı Güney və Quzey Azərbaycanda qeyd olundu. Çoxlu sayda güney azərbaycanlılar həmin günlərdə respublikamıza səfər etdilər. Onlardan bəziləri "Azadlıq" radiosunun əməkdaşları ilə söhbətində bildiriblər ki, yazın gəlişi bayramının İranda milli adətlərə uyğun şəkildə keçirilməsinə imkan verilmir. Milli-mədəni haqları istədiyinə görə dəfələrlə həbs olunmuş Çingiz Bəxtavər radioya müsahibəsində deyib: "Bizim kökümüz birdir. Biz bir millətik, xalqın o tayı, bu tayı olmaz. Oğuz ellərindən qalan bu bayramı xalqımız yaşadır. Təəssüf ki, sıxıntılar da var. Amma biz bu ənənələri saxlayıb gələcək nəsillərə ötürürük. Doğrudur, imkanlar eyni deyil. Burada bizim şairlərin, müğənnilərin televiziyaya çıxmaq imkanları yoxdur". Ç.Bəxtavər deyib ki, İranda insanlar, onsuz da, basqı altındadırlar, fars olmayanlar isə bu təzyiqi daha kəskin şəkildə hiss edirlər: "Biz öz dilimizdə təhsil almaq, öz tariximizi, adət-ənənələrimizi qoruyub saxlamaq istəyirik. Bizim coğrafi adlarımızı dəyişirlər, buna qarşıyıq. Biz İran Anayasasında, "Quran"da yazılanların yerinə yetirilməsini istəyirik. İstəklərimiz həm şəriətə, həm də qanunlara uyğundur. Biz mədəni bir hərəkat yürüdürük. Bizə qarşı basqılar var". Milli haqların təmin olunması uğrunda mübarizə aparanlara basqıların artdığını deyən Bəxtavər İranda milli məsələnin son yüz ildə yarandığını söyləyib: "İranda hakimiyyətdə olmuş türklər heç bir millətin kökünü kəsməyib, milli kimliyinə toxunmayıblar. 80 ildir İrandakı hakim zümrə azərbaycanlıların kimliyini, tarixini aradan qaldırmağa çalışır. Ancaq bunun bir xəyal olduğunu özləri də görürlər. Aydın fikirlilərimiz, sənətçilərimiz ənənələrimizi qoruyurlar. Gələcəkdə də bu irsi qorumaq əzmini daha artıq ortaya qoyacağıq. Hakim rejim bilməlidir ki, sülh içində yaşamağımızı istəyirsə, çirkin adətlərindən, şovinist siyasətindən əl çəkməlidir". Ç.Bəxtavər deyib ki, Güney Azərbaycan türklərinin arzusu Azərbaycan Respublikasında da demokratiyanın, insan haqlarının çiçəklənməsini görməkdir: "Dünya tarixi də sübut etdi ki, parlament demokratiyası olan ölkə daha irəli gedir. Bu yolu tutmaq lazımdır". Güney Azərbaycan türklərinin üzləşdiyi problemlərə toxunan Bəxtavər söyləyib ki, heç bir irqçi rejim əbədi ola bilməz: "Cənubi Afrikada, başqa ölkələrdə aparteid rejimlərin sonu necə oldu? XXI əsrdə irqçiliyə yer yoxdur". İlaxır Çərşənbə günü Tehranın prokuroru Səid Mürtəzəvi jurnalistlərə açıqlamasında ictimai asayişi pozanların Novruz bayramının son gününə qədər buraxılmayacağını bildirmişdi. "Mediaforum"un məlumatına əsasən, prokuror bayramdan sui-istifadə edənlərin məhkəməyə veriləcəyini də vurğulamışdı. Bu həm də İslam Respublikası rəhbərliyinin bayram günlərində milli-mədəni tədbirlərin keçirilməsini yasaqlamasının göstəricisi də sayıla bilər. Azərbaycan türklərinin milli-mədəni haqlarını tələb edənlərin hər bir addımını izləyən Tehran hakimiyyəti Novruz bayramını belə, hərəkat təəssübkeşlərinin ürək açıqlığı ilə qeyd etməsinə imkan vermədi. "Mediaforum"un məlumatına görə, bir neçə hərəkat təəssübkeşi bayram günlərində tutulub. İsfahandakı Maliki Əştər adına Universitetin tələbəsi Mehran Rastgar və Tehranın Pəyami Nur Universitetinin tələbəsi Firuz Yusifi həbs edilib. Onlar mülk girovu qarşılığında zaminə buraxılıblar. "Savalanın səsi" xəbər verib ki, məmurlar onların həbsi ilə bağlı sənəd-sübut təqdim etməyiblər. Bu azmış kimi, onların sərbəst buraxılması üçün böyük məbləğdə girov istənilib. Halbuki, bu tələbdən ötrü məhkəmənin uyğun qərarı olmalıdır. Xəbərə əsasən, ETTELAAT-ın yerli idarəsinin bu istəyi qanunsuzdur. Güney Culfanın polisləri bayram günü Babək Kəyumərsi və Yılmaz Mehrəli Bəylini tutublar. Polis M.Bəylinin mənzilindəki Azərbaycan türkcəsində olan kitabları müsadirə edib. İltizam alındıqdan sonra onlar da zaminə buraxılıb. Tehranın basqılarına baxmayaraq bayram günlərində Təbrizdə türk dilinin dünya dillərinin ikişafına təsirini əks etdirən kitabçalar yayılıb. Orada türklərin dünyada tutduğu yer, tarixdə oynadığı rol, habelə dünya türklərinin sayı barəsində məlumat verilib. Bundan başqa, kitabçada bəzi mətləblər fars dilində də verilib. Məqsəd türk dilini yaxşı bilməyənlərin millətimiz haqda məlumatlanması olub. Habelə həmin məlumatı yayanlar bu yolla türklərin kimliyini kütləvi şəkildə əhaliyə tanıtmaq da istəyiblər. "Baybak"ın məlumatına görə, Güney Azərbaycanın Marağa şəhərində türkcə bayram təbrikləri yazılmış açıqcalar paylanıb. Mənbə bildirib ki, həmin açıqcalarda İran hakimiyyətinin Azərbaycan türkcəsinə qoyduğu yasağın aradan qaldırılması tələb olunub. Ana dilində hazırlanmış təqvim soydaşlarımıza hədiyyə edilib. Təqvimdə türk ziyalılarının, Marağanın görməli yerlərinin, aydın fikirli insanların şəkilləri əks olunub. Onların arasında marağalı şair Bulud Qaraçorlunun da şəkli var. Sulduzda (farslaşdırılaraq Nəğədə adlandırılıb) isə İlaxır Çərşənbəni qeyd etmək istəyənlər hakimiyyət məmurlarının basqısına məruz qalıblar. Güney Azərbaycanın başqa şəhərlərində də polis çeşidli yasaqlar tətbiq edib. Məmmədyar rayonunun polis tərəfindən mühasirəyə alındığı haqda da məlumat yayılıb. İranda Novruz bayramı aprelin əvvəlinədək davam edir. Türkün bu bayramı Güney və Quzey Azərbaycanda qeyd olundu. Çoxlu sayda güney azərbaycanlılar həmin günlərdə respublikamıza səfər etdilər. Onlardan bəziləri "Azadlıq" radiosunun əməkdaşları ilə söhbətində bildiriblər ki, yazın gəlişi bayramının İranda milli adətlərə uyğun şəkildə keçirilməsinə imkan verilmir. Milli-mədəni haqları istədiyinə görə dəfələrlə həbs olunmuş Çingiz Bəxtavər radioya müsahibəsində deyib: "Bizim kökümüz birdir. Biz bir millətik, xalqın o tayı, bu tayı olmaz. Oğuz ellərindən qalan bu bayramı xalqımız yaşadır. Təəssüf ki, sıxıntılar da var. Amma biz bu ənənələri saxlayıb gələcək nəsillərə ötürürük. Doğrudur, imkanlar eyni deyil. Burada bizim şairlərin, müğənnilərin televiziyaya çıxmaq imkanları yoxdur". Ç.Bəxtavər deyib ki, İranda insanlar, onsuz da, basqı altındadırlar, fars olmayanlar isə bu təzyiqi daha kəskin şəkildə hiss edirlər: "Biz öz dilimizdə təhsil almaq, öz tariximizi, adət-ənənələrimizi qoruyub saxlamaq istəyirik. Bizim coğrafi adlarımızı dəyişirlər, buna qarşıyıq. Biz İran Anayasasında, "Quran"da yazılanların yerinə yetirilməsini istəyirik. İstəklərimiz həm şəriətə, həm də qanunlara uyğundur. Biz mədəni bir hərəkat yürüdürük. Bizə qarşı basqılar var". Milli haqların təmin olunması uğrunda mübarizə aparanlara basqıların artdığını deyən Bəxtavər İranda milli məsələnin son yüz ildə yarandığını söyləyib: "İranda hakimiyyətdə olmuş türklər heç bir millətin kökünü kəsməyib, milli kimliyinə toxunmayıblar. 80 ildir İrandakı hakim zümrə azərbaycanlıların kimliyini, tarixini aradan qaldırmağa çalışır. Ancaq bunun bir xəyal olduğunu özləri də görürlər. Aydın fikirlilərimiz, sənətçilərimiz ənənələrimizi qoruyurlar. Gələcəkdə də bu irsi qorumaq əzmini daha artıq ortaya qoyacağıq. Hakim rejim bilməlidir ki, sülh içində yaşamağımızı istəyirsə, çirkin adətlərindən, şovinist siyasətindən əl çəkməlidir". Ç.Bəxtavər deyib ki, Güney Azərbaycan türklərinin arzusu Azərbaycan Respublikasında da demokratiyanın, insan haqlarının çiçəklənməsini görməkdir: "Dünya tarixi də sübut etdi ki, parlament demokratiyası olan ölkə daha irəli gedir. Bu yolu tutmaq lazımdır". Güney Azərbaycan türklərinin üzləşdiyi problemlərə toxunan Bəxtavər söyləyib ki, heç bir irqçi rejim əbədi ola bilməz: "Cənubi Afrikada, başqa ölkələrdə aparteid rejimlərin sonu necə oldu? XXI əsrdə irqçiliyə yer yoxdur". İlaxır Çərşənbə günü Tehranın prokuroru Səid Mürtəzəvi jurnalistlərə açıqlamasında ictimai asayişi pozanların Novruz bayramının son gününə qədər buraxılmayacağını bildirmişdi. "Mediaforum"un məlumatına əsasən, prokuror bayramdan sui-istifadə edənlərin məhkəməyə veriləcəyini də vurğulamışdı. Bu həm də İslam Respublikası rəhbərliyinin bayram günlərində milli-mədəni tədbirlərin keçirilməsini yasaqlamasının göstəricisi də sayıla bilər. Azərbaycan türklərinin milli-mədəni haqlarını tələb edənlərin hər bir addımını izləyən Tehran hakimiyyəti Novruz bayramını belə, hərəkat təəssübkeşlərinin ürək açıqlığı ilə qeyd etməsinə imkan vermədi. "Mediaforum"un məlumatına görə, bir neçə hərəkat təəssübkeşi bayram günlərində tutulub. İsfahandakı Maliki Əştər adına Universitetin tələbəsi Mehran Rastgar və Tehranın Pəyami Nur Universitetinin tələbəsi Firuz Yusifi həbs edilib. Onlar mülk girovu qarşılığında zaminə buraxılıblar. "Savalanın səsi" xəbər verib ki, məmurlar onların həbsi ilə bağlı sənəd-sübut təqdim etməyiblər. Bu azmış kimi, onların sərbəst buraxılması üçün böyük məbləğdə girov istənilib. Halbuki, bu tələbdən ötrü məhkəmənin uyğun qərarı olmalıdır. Xəbərə əsasən, ETTELAAT-ın yerli idarəsinin bu istəyi qanunsuzdur. Güney Culfanın polisləri bayram günü Babək Kəyumərsi və Yılmaz Mehrəli Bəylini tutublar. Polis M.Bəylinin mənzilindəki Azərbaycan türkcəsində olan kitabları müsadirə edib. İltizam alındıqdan sonra onlar da zaminə buraxılıb. Tehranın basqılarına baxmayaraq bayram günlərində Təbrizdə türk dilinin dünya dillərinin ikişafına təsirini əks etdirən kitabçalar yayılıb. Orada türklərin dünyada tutduğu yer, tarixdə oynadığı rol, habelə dünya türklərinin sayı barəsində məlumat verilib. Bundan başqa, kitabçada bəzi mətləblər fars dilində də verilib. Məqsəd türk dilini yaxşı bilməyənlərin millətimiz haqda məlumatlanması olub. Habelə həmin məlumatı yayanlar bu yolla türklərin kimliyini kütləvi şəkildə əhaliyə tanıtmaq da istəyiblər. "Baybak"ın məlumatına görə, Güney Azərbaycanın Marağa şəhərində türkcə bayram təbrikləri yazılmış açıqcalar paylanıb. Mənbə bildirib ki, həmin açıqcalarda İran hakimiyyətinin Azərbaycan türkcəsinə qoyduğu yasağın aradan qaldırılması tələb olunub. Ana dilində hazırlanmış təqvim soydaşlarımıza hədiyyə edilib. Təqvimdə türk ziyalılarının, Marağanın görməli yerlərinin, aydın fikirli insanların şəkilləri əks olunub. Onların arasında marağalı şair Bulud Qaraçorlunun da şəkli var. Sulduzda (farslaşdırılaraq Nəğədə adlandırılıb) isə İlaxır Çərşənbəni qeyd etmək istəyənlər hakimiyyət məmurlarının basqısına məruz qalıblar. Güney Azərbaycanın başqa şəhərlərində də polis çeşidli yasaqlar tətbiq edib. Məmmədyar rayonunun polis tərəfindən mühasirəyə alındığı haqda da məlumat yayılıb. S.SOLTAN