SON XƏBƏRLƏR

Dağlıq Qarabağ torpaqlarının Azərbaycana məxsusluğu heç kimdə şübhə yaratmır

2021.10.20, 07:36
Dağlıq Qarabağ torpaqlarının Azərbaycana məxsusluğu heç kimdə şübhə yaratmır

Gunaz.tv
Avropa İttigaqının Cənubi Qafqaz üzrə məruzəçisi Piter Semnebi xarici işlər naziri Elmar Məmmədyarovla görüşdükdən sonra mətbuat konfransı keçirib Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə məruzəçisi Piter Semnebi bu gün xarici işlər naziri Elmar Məmmədyarovla danışıqlar aparamq üçün Xarici İşlər Nazirliyində olub. Bir saatdan artıq davam edən danışıqlardan sonra Piter Semnebi mətubat kofnrası keçirib. O, əvvəlcə səfərinin məqsədindən danışıb və bildirib ki, Azərbaycana regionda baş verən hadisələrlə tanışlıq məqsədi ilə gəlib. Amma ölkə rəsmiləri ilə daha çox “Şərq tərəfdaşlığı” proqramını müzakirə eldiblər. P.Semnebiyə görə, bu proqram Cənubi Qafqaz ölkələri arasındakı bəzi fikir ayrılıqlarını aradan qaldırmaqda yardımçı ola bilər: “Avropa İttifaqının proqramı Azərbaycan və proqrama üzv olan digər ölkələr üçün çox önəmlidir və proqram iştirakçısı olan ölkələr arasında daha sıx əlaqələrin qurulmasında yardımçı ola bilər”. P.Semnebi əlavə edib ki, martın 20-də Polşa və İsveçin təşəbbüsü ilə Avropa İttfaqının iclasında təsdiq edilən “Şərq tərəfdaşlığı”nın təsisi mayın 7-də keçiriləcək sammitdə baş tutacaq. Azərbaycan, Gürcüstan, Ermənistan, Molodova, Ukrayna və Belarusu əhatə edən qonşu ölkələrə 2009-2013-cü illər arasında 600 milyon avro vəsait ayırılacaq. Görüşlərdə həmçinin Azərbaycan-Rusiya, Azərbaycan-Gürcüstan münasibətləri eləcə də Dağlıq Qarabağ münaqşiəsinin həlli yolları müzakirə olunub. “Şərq tərfadaşlığı” proqramına daixl olan Avropa ölkələri ilə viza rejiminin sadələşdirilməsi məsləsi isə prezident İlham Əliyev Brüsseldə olan zaman da müzakirə ediləcək. Ölkədə mətbuatın vəziyətindən bəhs edən Semnebi bildirib ki, Avropa İttifaqı Azərbaycanda jurnalistlərin həbsindən, eləcə də xarici radiostansiyaların yayımının dayandırlımasından narahatdır və görüşlərdə bü məsələ Azərbaycan rəsmiləri ilə müzakirə edilib. Recgionadakı münaqişələrə gəlincə, Avropalı diplomat Türkiyə ilə Ermənistanın sərhədlərinin açılmasının Dağlıq Qarbağa münaqişəsinə təsiri ilə bağlı suala birbaşa cavab vermək istəməyib: “Avropa İttifaqı iki ölkə arasında danışıqların aparıldığı, o cümlədən sərhədlərin açılmasının mümkünlüyü barədə məlumatlıdır. Türkiyə ilə Ermənistani arasında sərhədəlrin aıçlmasının Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edəcəyinə cavab verməkdə çətinlik çəkirəm. Amma Avropa İttifaqı Cənubi Qafqazda sərhədlərin açıq olmasının istəyir. Bu bir çox sahələrdə xüsusi ilə iqtisadi sahədə ölkələrin inkişafına yardım edəcək”. "Dağlıq Qarabağ torpaqlarının Azərbaycana məxsusluğu heç kəsdə şübhə yaratmır" deyən Piter Semnebi həmçinin əlavə edib ki, Dağlıq Qarabağ münaqişəsi eləcə də regionda mövcüd olan digər münaqişələr regionun eləcə də Avropa İttifaqının təhlükəsizliyi üçün böyük bir təhlükədir. 'Ötən il Gürcüstanda baş verən hadisələrin Avropa İttifaqından təsirsiz ötüşmədiyi hərə kəsə məlumdur. P.Semnebi Azərbaycanda keçirilən referenduma da toxunub. Ümumilikdə Konstitusiyaya edilmiş əlavə və dəyişiklikləri müsbət addım hesab edən Avropa nümayəndəsi prezidentin səlahiyyətlərini artıran maddəni Avrolpadakı bəzi tendensiyalara zidd olduğunu deyib və əlavə edib ki, Azərbaycana bu sahədə mövcud olan tendensiyalar pis inkişaf edir. P.Semnebi Arvopa İtifaqı ilə Azərbaycan arasında enerji məsələlərinin xüsusi ilə Nabukko qaz kəmərinin də əhəmiyyətini vurğuluayıb: “Biz görüşlərimizdə Nabukko qaz kəməri layihəsini də müzakirə etdik. Bundan da əvvəl mənim avropalı həmkarılarım enerji sahəsində olan mütəxəssislər bu haqda danışıqlar aparıblar. Enerji təhlükəsizliyi Azərbaycan üçün çox əhəmiyyətlidir. Cənub dəhzili layihəsi də həmçinin”. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar