SON XƏBƏRLƏR

Zəlzələ qurbanlarının sayı durmadan artır

2021.10.20, 07:36
Zəlzələ qurbanlarının sayı durmadan artır

Gunaz.tv
Zəlzələ qurbanlarının sayı durmadan artır İtaliyanın sarsıdan gücülü zəlzələ nəticəsində ölənlərin sayı 150 nəfəri ötüb. Rəsmilər hələ də dağıntılar altında çoxlu sayda insanların qaldığını bildirir. İtaliyanın mərkəzi bölgəsində baş vermiş yeraltı təkanlar hələ də öz təhlükəsini saxlayır. Dünən axşam saatlarında zəlzələnin əsas episentri olan Akvila şəhərində növbəti təkanlar qeydə alınıb. Bu dəfə zəlzələnin gücü Rixter cədvəliyylə 4-5 bal olub. Seysmoloqlar yeraltı təkanların təkrarlana biləcəyini bildirib. Zəzələ nəticəsində ölənlərin sayı isə hər keçən saat artır. Xilasedicilər dağıntılar altından meyyidləri çıxarırlar. Son məlumata görə, ölənlərin sayı 150 nəfəri ötüb. 1500-dən çox adam xəsarət alıb. Daha 2500 nəfər isə itkin düşmüş hesab olunur. Təhlükəsizlik qüvvələri onların dağıntılar altında olduğunu etimal edirlər. Hazırda xilasetmə işləri tam sürətlə davam etdirilir. Artıq bir neçə nəfəri isə salamat şəkildə dağıntılar altından çıxarmaq mümkün olub. Fəlakət zamanı Akvila şəhərində 10 min ev dağılıb. 50 mindən çox insan evsiz qalıb. Gözlənilmədən təbii fəlakətlə üzləşən italyanlar təşviş içindədirlər. Yeraltı təkanların təkrarlanmasından qorxan insanlar küçələrdə gecələyirlər. Zəzələdən ziyan çəkən italyanlar hökuməti ittiham edirlər. Onlar bir neçə aydı yeraltı təkanları hiss etdiklərini, seysmoloqların bu barədə xəbərdarlığına baxmayaraq hökumətin heç bir tədbir görmədiyini söyləyiblər. Fəlakətdən bir qurup insanlar varlanmaq eşqinə düşüb. Onlar dağıntılar olan ərazilərə gələrək pul, ziynət əşyaları və digər qiymətli şeylər axtarışına başlayıblar. Talançıların qarşısını almaq üçün İtaliya hərbi qüvvələri fəlakət bölgəsinə gətirilib. Baş nazir Silvio Berluskoni Rusiyaya nəzərdə tutulan səfərini təxirə salaraq Akvilaya gəlib. O, zəzələdən ziyan çəkən insanlara təcili kömək üçün 30 milyon avronun ayrıldığını bəyan edib. Rəsmilər fəlakət zamanı Akvila şəhərinin yarıdan çoxunun məhv olduğunu və bərpa işləri üçün bir il müddətin və 1.5 milyard avro vəsaitin lazım olduğunu bildirib. İtaliya hökuməti fəlakətlə bağlı ölkədə fövqəladə durum elan edib. Artıq dünyanın bir sıra ölkələri və beynəlxalq təşkilatları öz yardımlarını təklif ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar