SON XƏBƏRLƏR

Kuba və Birləşmiş Ştatlar münasibətləri normalaşdırır

2021.10.20, 07:36
Kuba və Birləşmiş Ştatlar münasibətləri normalaşdırır

Gunaz.tv
Kuba və Birləşmiş Ştatlar münasibətləri normalaşdırır Kuba və Birləşmiş Ştatlar münasibətləri normalaşdırır. Amerikanın Hakim Demokrat Partiyasının 7 üzvündən ibarət nümayəndə heyəti Havanada Kuba rəsmiləriylə danışıqlar aparıb. Senator Riçard Luqarın rəhbərlik etdiyi deleqasiyanın məqsədi rəsmi Havanayla əlaqələri yaxşılaşdırmaqdır. Kuba prezidenti Raul Kastroyla danışıqlarda vaşinqtonlu rəsmilər ölkələr arasındakı gərginliyi dialoq vasitəsiylə həll etməyin önəmini qeyd ediblər. Kubanın «Qranma» qəzeti isə Birləşmiş Ştatlarla bağlı eks-prezident Fidel Kastronun bəyanatını yayımlayıb. Komandante havananın vaşinqtonla danışıqlar aparmaqdan çəkinmədiyini deyib. O, Amerikanın əlaqələri normalaşdırmaq cəhdini yüksək qiymətləndirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar