SON XƏBƏRLƏR

Barak Obama Dağlıq Qarabağla bağlı mesaj verdi

2021.10.20, 07:36
Barak Obama Dağlıq Qarabağla bağlı mesaj verdi

Gunaz.tv
Barak Obama Dağlıq Qarabağla bağlı mesaj verdi Türkiyə səfərini davam etdirn Birləşmiş Ştatlar prezidenti Barak Obama dünyaya önəmli mesajlar verib. O, hədəfinin dünyaya sülh gətirmək olduğunu, terrorizmlə mübarizə aparacağını və ən önəmlisi isə 24 apreldə ermənilərin səbirsizliklə gözlədikləri «soyqırım» ifadəsini işlətməyəcəyini deyib. Ağ Ev rəhbəri İstanbulda gözlənilməz görüş keçirib. O, Türkiyə, Ermənistan xarici işlər nazirləriylə görüşüb. Barak Obamanın fikrincə, Qarabağ münaqişəsinin həlli həddindən artıq yubadılır. Dəyişilik şüarıyla hakimiyyətə gələn Birləşmiş Ştatlar prezidenti Barak Obama ölkəsinin İslamla müharibə aparmadığını və bu dinə hörmət bəslədiklərini bildirib. Ağ Ev rəhbəri müsəlman dünyasıyla ortaqlığın mühüm olduğunu qeyd edib. Onun bu sözləri isə çox böyük önəm kəsb edir. «Birləşmiş Ştatlarda çoxlu müsəlman ailələr var, mən də onlardn biriyəm». Bu sözləri ifadə edən Barak Hüseyn oğlu Obama əsas hədəfinin dünyaya sülh gətirmək olduğunu deyib. Terrorizmlə mübarizəni davam etdiriləcəyini vurğulayan Ağ Ev başçısı PKK terror qruplaşmanın müştərək düşmən kimi qiymətləndirib. O, qondarma erməni soyqırımı iddialarına da son qoyub. Türkiyəni Amerikanın əsas müttəfiqi kimi dəyərləndirən Barak Obama 24 apreldə ermənilərin soyqırım istəklərini cavablandırmayacağı mesajını verib. Ankara danışıqlarını başa vurduqdan sonra Birləşmiş Ştatlar prezidenti İstanbula gəlib. Burada o, Türkiyə, Ermənistan və İsveçrənin xarici işlər nazirləriylə görüşüb. Bu danışığın əsas gündəminin Türkiyə-Ermənistan münasibətlərinin normalaşdırılması istiqamətində olduğu bildirilib. Görüşdə Barak Obama tərəfləri təcili bir razılaşmaya gəlməyə çağırıb. Bundan başqa Barak Obamanın Ankarada baş nazir Rəcəb Tayyib Ərdoğanla apardığı danışıqlarda da Türkiyə-Ermənistan məsələsinə toxunulub. Həmçinin Qarabağ münaqişəsi də gündəmdə olub. Ağ Ev rəhbəri bu münaqişənin həddindən artıq uzadıldığını bəyan edib. Türkiyə parlamentində çıxışı zamanı Barak Obama Qarabağ məsələsinin çözülməsində rəsmi Ankaranın önəmli və konstruktiv rol oynaya biləcəyini bəyan edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar