SON XƏBƏRLƏR

Edvard Nalbandyan: “Türkiyə ilə danışıqlarda Dağlıq Qarabağ münaqişəsi müzakirə obyekti deyil”

2021.10.20, 07:36
Edvard Nalbandyan: “Türkiyə ilə danışıqlarda Dağlıq Qarabağ münaqişəsi müzakirə obyekti deyil”

Gunaz.tv
Edvard Nalbandyan: “Türkiyə ilə danışıqlarda Dağlıq Qarabağ münaqişəsi müzakirə obyekti deyil” “Ermənistan-Türkiyə münasibətləri heç bir ilkin şərt irəli sürülmədən bərpa olunmalıdır. Biz Türkiyə tərəfi ilə danışıqları məhz bu cür aparmışıq”. APA-nın “Panarmenian”a istinadən yaydığı məlumata görə, Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan iki ölkə arasında münasibətlərin normallaşmasına dair Türkiyə rəsmilərinin açıqlamalarını belə şərh edib: “Ankara ilə münasibətlərin normallaşmasının Dağlıq Qarabağ münaqişəsi ilə əlaqəsi yoxdur və Türkiyə ilə danışıqlarda Qarabağ məsələsi müzakirə obyekti deyil. İrəvan həmişə bəyan edib bə yenə də bəyan edir ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması Osmanlı imperiyası dövründə ermənilərə qarşı soyqırımı törədilməsini şübhə altına ala bilməz. Onlarla ölkə və beynəlxalq təşkilatı erməni soyqırımı tanıyıb və Ermənistan bu addımları alqışlayıb”. Nalbandyan bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün ilkin şərtlərin irəli sürülməsi İrəvanla Ankara arasında danışıqlar prosesində tərəqqini pozmaq cəhdləri kimi qiymətləndirilə bilər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar