SON XƏBƏRLƏR

Türkiyə və Ermənistan üç məsələ üzrə razılığa gəliblər

2021.10.20, 07:36
Türkiyə və Ermənistan üç məsələ üzrə razılığa gəliblər

Gunaz.tv
Türkiyə və Ermənistan üç məsələ üzrə razılığa gəliblər Obamanın səfərindən sonra Ankara və İrəvan sərhədlərin açılması barədə bəyanat verə bilərlər Türkiyə və Ermənistan aprelin ortalarına qədər sərhədlərin açılması və münasibətlərin bərpa edilməsini elan edə bilərlər. Bu barədə aprelin 2-də Wall Street Journal diplomatik mənbələrə istinadla məlumat yayıb. Material müəllifinin fikrincə, bu, nəqliyyat və enerji nöqteyi-nəzərdən belə vacib regionda vəziyyətin sabitləşməsinə yardım edəcək. Ermənistanla münasibətlərin bərpasının elan edilməsi ABŞ prezidenti Barak Obamanın gələn həftə Türkiyəyə səfəri ilə eyni vaxta təsadüf edir. Mənbənin məlumatına görə, Türkiyə və Ermənistan hökumətləri üç istiqamətdə danışıqlara başlamaq barədə razılığa gəliblər: sərhədlərin açılması və müəyyən edilməsi, diplomatik münasibətlərin bərpası və tarixi mübahisələrə baxılması üzrə komissiyaların yaradılması. ABŞ dövlət katibinin müavininin köməkçisi Metyu Brayza hesab edir ki, sərhədlərin açılması vəziyyəti sabitləşdirməyə və regionda münasibətləri normallaşdırmağa imkan verəcək. Brayza Azərbaycana məhz Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının Qarabağ münaqişəsinin həllinə necə kömək edəcəyini müzakirə etmək məqsədi ilə gəlir. Vaşinqtonda analitiklər hesab edirlər ki, erməni-türk münasibətlərinin normallaşması Ağ Evə 1915-ci il hadisələrini soyqırım kimi tanımamağa və Konqresin qətnaməsini dondurmağa imkan verəcək. Türkiyə baş naziri Ərdoğan keçən həftə televiziyaya müsahibəsində bildirib ki, Obama ilə Qarabağ nizamlanması, rus-gürcü müharibəsi və «ermənilərin soyqırımı» məsələlərini müzakirə edəcək. Mənbə Ermənistan-Türkiyə sazişinin imzalanmasının aprelin 16-na nəzərdə tutulduğunu yazır, lakin bir sıra türk mənbələri güman edir ki, bu, Vaşinqtonun soyqırım məsələsinə münasibətini bildirməli olduğu tarixdən - aprelin 24-dən tez baş verməyəcək. Wall Street Journal hesab edir ki, Rusiyanın Gürcüstana qarşı avqust təcavüzü ABŞ-ın və Avropa İttifaqının regionda mövqeyinin möhkəm olmadığını göstərib. Eyni zamanda, Türkiyənin regionda rolu artıb ki, o öz rolunu daha da fəallaşdırmalıdır. Ermənistanla münasibətlərin normallaşması Ankaraya Gürcüstan ərazisindən keçən neft-qaz boru-kəmərlərinin təhlükəsizliyini daha da artırmağa kömək edəcək. Ərəstun Oruclu: «Sərhədlərin açılması tamamilə realdır, amma Azərbaycan Türkiyə ilə münasibətlərini pozmamalıdır» Şərq-Qərb Araşdırmaları Mərkəzinin rəhbəri Ərəstun Oruclu «Turan»a bildirib ki, yaxın zamanlarda Türkiyə-Ermənistan sərhəddinin açılması tamamilə realdır. Bundan başqa, iki ölkə arasında diplomatik əlaqələrin qurulmasını da gözləmək olar. Ekspertin fikrincə, Türkiyənin Ermənistanla sərhəddi açması Ankaranın Sənubi Qafqazda əsas geosiyasi oyunçuya çevrilməsi ilə şərtlənən zərurətdir. Digər tərəfdən, Türkiyə, regionda yeni rolunu nəzərə alaraq, artıq Qarabağ məsələsində birmənalı olaraq Azərbaycanı dəstəkləyə bilməyəcək, deyə Oruclu bildirib. «Amma Azərbaycan vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışmalıdır və heç bir halda yeganə müttəfiqi olan Türkiyə ilə münasibətləri pozmamalıdır. Türkiyənin regionda nüfuzunun və təsirinin artması Azərbaycanın maraqlarına cavab verir. Axı, Ermənistan Türkiyə ilə nə qədər yaxınlaşsa da, ona Azərbaycan qədər yaxın ola bilməyəcək», deyə Oruclu bildirib. Riçard Qirakosyan: «Sərhədlərin açılması Azərbaycanın bizə qarşı düşmənçiliyini daha da artıracaq» Ermənistan Strateji və Milli Araşdırmalar Mərkəzinin direktoru Riçard Qirakosyan isə bildirib ki, Ermənistan-Türkiyə sərhəddi artıq bu il açılacaq, amma bu, yalnız maydan sonra baş verə bilər. «Düşünürəm ki, türk diplomatları ABŞ prezidentinin Türkiyəyə səfərindən sonra hadisələrin inkişafını, habelə aprelin 24-də onun nitqini gözləyəcəklər. Lakin, ABŞ-ın soyqırımı tanıyıb-tanımayacağından asılı olmayaraq, Ermənistanın Türkiyəyə təsir vasitələri çox deyil. Ermənistan tərəfi həmişə Türkiyənin Ermənistanla sərhədləri açmalı və qeyd-şərtsiz normal diplomatik əlaqələrə başlamasında israr edib. Bununla belə, Ermənistan-Türkiyə sərhəddinin açılması Azərbaycanın Ermənistana qarşı düşmənçiliyini daha da artıracaq. Ermənistana təzyiq vasitələrindən birini itirdikdən sonra Azərbaycan başqa vasitələrə əl atacaq, xüsusən, hərbə ayırdığı ilbəil artan xərcləri daha da artıracaq. Ermənistan, xüsusən, qarşıda duran Ermənistan-Türkiyə sərhəddinin açılması ilə əlaqədar Azərbaycanın belə addımlarına hazır olmalıdır».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar