SON XƏBƏRLƏR

İSRAİL BU İL İRANA ZƏRBƏ ENDİRSƏ...

2021.10.20, 07:36
İSRAİL BU İL İRANA ZƏRBƏ ENDİRSƏ...

Gunaz.tv
İSRAİL BU İL İRANA ZƏRBƏ ENDİRSƏ... ... Tehrandan əvvəl Pentaqon rəhbəri Robert Qeyts təəccüblənər ABŞ-ın müdafiə naziri Robert Geyts İsrailin bu il ərzində İrana zərbə endirəcəyinə inanmır. “The Financial Times” qəzetinə müsahibəsində Pentaqon rəhbəri deyib ki, hələ Tehranı nüvə proqramlarından çəkindirə bilmək üçün vaxt var: “Ona görə də İsrail çətin ki, bu il İrana zərbə endirsin. Deyərdim ki, əgər onlar bu il ərzində belə addım atsalar, təəccüblənərəm”. İranın nüvə məsələsində “qırmızı xətti” nə zaman keçə biləcəyi haqda suala cavabında isə Geyts deyib ki, onun fikrincə, bu, 1 ildən 3 ilədək vaxtda baş verə bilər. Amerikada bəzi araşdırma mərkəzlərində hesab edirlər ki, İsrailin bu il İranın nüvə obyektlərinə zərbələr endirmək riski böyükdür. Çünki İran artıq nüvə başlığı əldə etməyə imkan verəcək ölçüdə zənginləşdirilmiş urana malikdir. Analitiklərə görə, əgər İrana qarşı preventiv zərbə qərarı verilsə, o zaman İsrail ballistik raketlərdən istifadə edə bilər. Bu zaman İranın İsfahan, Arak və Natanzdakı nüvə obyektləri əsas hədəflər arasında olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar