SON XƏBƏRLƏR

Ermənistanın xarici işlər naziri yenidən Türkiyəyə səfər edəcək

2021.10.20, 07:36
Ermənistanın xarici işlər naziri yenidən Türkiyəyə səfər edəcək

Gunaz.tv
Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan “Mədəniyyətlər ittifaqı” layihəsinin aprelin 6-7-də İstanbulda keçiriləcək toplantısında iştirak edəcək. APA-nın Türkiyə bürosunun xəbərinə görə, tədbirdə 30 ölkənin xarici siyasət idarələri rəhbərlərinin iştirakı nəzərdə tutulur. Aprelin 5-də Türkiyəyə gələcək ABŞ prezidenti Barak Obamanın toplantıda çıxışı gözlənilir. Qeyd edək ki, BMT baş katibinin himayəsində həyata keçirilən “Mədəniyyətlər ittifaqı” layihəsinin həmsədrləri İspaniyanın baş naziri Xose Luis Zapatero və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar