SON XƏBƏRLƏR

BÖYÜK BİRLİK PARTİYASINDA MÖHSÜN YAZIÇIOĞLUNU ƏVƏZ EDƏN YALÇIN TOPÇU “MEDİA FORUM” SAYTINA DANIŞIR

2021.10.20, 07:36
BÖYÜK BİRLİK PARTİYASINDA MÖHSÜN YAZIÇIOĞLUNU ƏVƏZ EDƏN YALÇIN TOPÇU “MEDİA FORUM” SAYTINA DANIŞIR

Gunaz.tv
BÖYÜK BİRLİK PARTİYASINDA MÖHSÜN YAZIÇIOĞLUNU ƏVƏZ EDƏN YALÇIN TOPÇU “MEDİA FORUM” SAYTINA DANIŞIR Yalçın Topçu Türkiyə Böyük Birlik Partiyasının lideri Möhsün Yazıçıoğlunun da içərisində olduğu vertolyotun sui-qəsd nəticəsində qəzaya uğradığına dair iddialar sırasına hər gün yeniləri əlavə olunur. İddiaları səsləndirənlər sırasında BBP təmsilçiləri də var. “Media forum” saytı iddialara BBP-nin baş katibi, hazırda başqanın səlahiyyətlərini icra edən Yalçın Topçu ilə birgə aydınlıq gətirib. - Möhsün Yazıçıoğlunun ölümü ilə bağlı səslənən iddiaları bölüşürsünüzmü? - Hər şeydən öncə başqanımızın ölümü ilə bağlı türk-islam dünyasına başsağlığı diləyirəm. Təbii ki, bu cür böyük dövlət, siyasət və dava adamı həlak olanda hər kəs hər şeyi danışacaq. Bunun qarşısını ala bilmərik. Qarşısını almaq istəyirik, amma ala bilmərik. Möhsün Yazıçıoğlu Türkmənistandan Kosovoya, Bosniyadan Azərbaycana, Qırğızıstana, Kərkükdən Trakyaya qədər bütün türk dünyasında, Anadolunun hər yerində insanların könlündə yer etmiş bir şəxsiyyətdir. Mən Böyük Birlik Partiyasının baş katibi və hazırda başqan əvəzi olaraq bu üzücü olay baş verən gündən ictimaiyyəti doğru bilgiləndirməyə çalışdım. Bir üsul müəyyənləşdirdik ki, olayla bağlı sadəcə partiya yetkilisi danışacaq və açıqlamalarında da ictimaiyyəti yanıltmayacaq. Məqsədini aşan ən kiçik bir söz dövlətimizə və millətimizə zərər verə bilər. Bir daha təkrar edirəm: böyük insanların başına qəza gələndə belə hər kəs fikir yürüdür. Önəmli olan bu fikirləri doğru idarə etməkdir. Yalnız informasiyanı düzgün idarə etməklə xaosun qarşısını almaq mümkündür. - Amma olayın sui-qəsd olması iddialarını da sizin partiyanızın yetkilisi - Ankara təşkilatının sədri səsləndirdi... - Bunların hamısı yalandır. Partiyanın yetkilisi mənəm. Dedi-qoduyla hərəkət etməyəcək. Mənim söylədiklərimə etibar ediləcək. Bu günə qədər Türkiyə mətbuatı bizi görməzdən gəlirdi. Başqanımızı yox sayırdılar. İndi nə oldu? Bəzi yoldaşlarımız da mikrofon görüncə başları dönür, yalan-yanlış iddialar səsləndirirlər. Düzdür, onun da ürəyi yanır, amma belə yanlışlara yol verməməlidir. Başqanın bilgisayarının oğurlandığını, bilgilərin ordan əldə edildiyini iddia edirlər. Olmayıb belə bir şey. Başqanımızın su içməyə belə vaxtı yoxudu, nə bilgisayarı? Bu iddialar işi haraya aparar, heç düşünən varmı? Mən dünən mətbuat konfransı keçirdim, bu iddiaları yalanladım, bir yerdə xəbəri çıxmadı. Nə deməkdir bu? Başqanımızın 15 gün əvvəl təhdid aldığını iddia edirlər. Tamamən yalandır. Başqanımız ən kiçik bilgiləri belə bizimlə paylaşırdı. Necə oldu ki, bizim bu təhdiddən xəbərimiz olmadı? Yoxdur belə bir şey. - Bir iddianı da “Kanal D” səsləndirdi: Möhsün Yazıçıoğlunun “Ergenekon”un gizli şahidi olduğu, müstəntiqlərə sənədlər və bilgilər verdiyi bildirildi və başqanın bu səbəbdən öldürülə biləcəyinə işarə edildi... - İftiradır. Mən müstəntiqləri vəzifələrini yerinə yetirməyə çağırıram. “Ergenekon” məsələsi ortaya çıxandan bizim partiyanın mövqeyi budur ki, hökumət müstəntiqlik, müxalifət vəkillik etməsin, qanun və hüquq işləsin. Başqanımızın da dediyi bu idi. Başqanımızın kimsəyə bilgi, sənəd verməsi, gizli şahid olması deyə bir şey yoxdur. Ona görə də yetkililəri vəzifələrini yerinə yetirməyə, bu yanlışı düzəltməyə çağırıram. “Kanal D”ni də yalançı elan edirəm. - Möhsün Yazıçıoğlunun ailəsi bu iddialarla bağlı nə deyir? - Başqanımızın ailəsi bu olaydan 6-7 saat sonra artıq dağdaydı və araşdırmalarda iştirak edirdi. Qayını, millət vəkili Nevzat Pakdil, bacanağı - Maraş xəstəxanasının baş həkimi Rafət bəy arama-qurtarma çalışmalarını sona qədər izlədilər. Ailə nə deyəcək? Yanğın onların ürəyinə düşdü. Amma onlar mətanətlərini, təmkinlərini qoruyurlar. Yazıçıoğlunun ailəsi onun adına layiq davranır. Səbrlə və təmkinlə ortaya çıxacaq nəticəni gözləyirlər. Bu mövzu hökumətin, prokurorluğun, mətbuatın, partiyanın – hamımızın masasının üzərindədir. Mövzunu qapatmayacağıq. Amma yalan xəbərlərlə də bu mövzunu çirkləndirməyəcəyik. - Böyük Birlik Partiyasının qəzanı araşdırmaq üçün xaricdən heyət dəvət etdiyinə dair xəbərlər var. - Bu iş tamamən açılana, hamımızın vicdanı rahatlayana qədər diqqətimizdə olacaq. Üzərimizə düşəni edirik. Almaniya və ABŞ-dan heyətlər dəvət etmişik. Yəqin ki, bazar günü axşama qədər heyət gələcək. - Kimlərdən ibarətdir bu heyət? - Bunlar vertolyot qəzalarını araşdırmaqda ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının mütəxəssisləridir. Onlar qəzanı araşdıracaqlar. Biz kimsəni töhmət altında qoymadan, kimsəni suçlamadan bu olayı araşdıracağıq. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar