SON XƏBƏRLƏR

İlham Əliyev Ankaranı hədələdi

2021.10.20, 07:36
İlham Əliyev Ankaranı hədələdi

Gunaz.tv
İlham Əliyev Ankaranı hədələdi “Azərbaycan Türkiyəyə verdiyi qazı kəsəcək” Türkiyənin iqtisadiyyat üzrə ixtisaslaşmış nüfuzlu qəzetlərindən olan “Referans” Ankaranın Ermənistanla sərhədləri açacağı təqdirdə Bakıdan buna sərt cavab verilə biləcəyi haqda sensasion xəbər yayıb. Qəzetin yazdığına görə, prezident İlham Əliyev üçüncü tərəflərlə görüşlər zamanı bildirib ki, əgər Dağlıq Qarabağ münaqişəsinin həllində ciddi irəliləyiş olmadan Türkiyə Ermənistanla sərhədlərini açsa, o zaman Azərbaycan Türkiyəyə verdiyi qazı kəsəcək. Bildirilir ki, İ.Əliyevin bu xəbərdarlığı artıq Ankaraya çatdırılıb. Qəzet ötən həftə Azərbaycanın Rusiya ilə qaz anlaşması imzalamasını da Türkiyə ilə bu sahədə əməkdaşlığı kəsə biləcəyi yönündə ciddi işarə kimi şərh edir: “Ancaq Türkiyə Ermənistanla münasibətlərin qurulması məsələsində anlaşmaya çox yaxındır. Tərxəflər arasında qarşılıqlı münasibətlərin qurulmasına və sərhədlərin açılmasına dair protokolda Dağlıq Qarabağ münaqişəsinə dair bənd də var. Lakin bu bənd Azərbaycanı qane etməkdən çox uzaqdır və ümumi xarakter daşıyır. Türkiyənin Dağlıq Qarabağ məsələsində təzyiqləri qarşısında isə Ermənistan geri addım atmır. Ermənistan hakimiyyəti hesab edir ki, Türkiyə ABŞ-ın aprelin 24-də ”erməni soyqırımı”nı tanıya biləcəyindən narahat olaraq protokolu indiki məzmunda imzalayacaq. ABŞ tərəfi də uzlaşmanın qısa zamanda əldə edilməsini istəyir və bildirir ki, yalnız bu zaman prezident Barak Obama ermənilərə verdiyi vəddən geri çəkilmək üçün tutarlı səbəb tapa bilər”. “Referans” yazıb ki, bu üzdən Türkiyə dilemma qarşısındadır. Əgər Ermənistanla uzlaşma əldə edilsə Azərbaycan məyus olacaq, həmçinin Rusiyaya meyl edərək Türkiyənin enerji dəhlizinə çevrilməsi yönündə mühüm layihə olan “Nabucco”nu təhlükəyə düşürəcək. Qəzet yazıb ki, Türkiyənin Ermənistanla yaxınlaşması Azərbaycan ictimaiyyətini çox qəzəbləndirib: “Mətbuat hər gün AKP hökumətini və baş nazir Ərdoğanı topa tutur” deyə yazıda bildirilir.azadliq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar