SON XƏBƏRLƏR

Hikmət Hacızadə: "İranın nüvə proqramı, Əfqanıstandakı terror, rusların Suriyaya silah satması kimi problemlər həllini tapmas...

2021.10.20, 07:36
Hikmət Hacızadə: "İranın nüvə proqramı, Əfqanıstandakı terror, rusların Suriyaya silah satması kimi problemlər həllini tapmas...

Gunaz.tv
ABŞ və Rusiya arasında soyuq küləklər əsir Hikmət Hacızadə: "İranın nüvə proqramı, Əfqanıstandakı terror, rusların Suriyaya silah satması kimi problemlər həllini tapmasa, cürbəcür görüşlərin, mülayim bəyanatların heç bir xeyri olmayacaq" ABŞ və Rusiya münasibətlərində yeni mərhələ başlayıb. Aprelin 1-də Londonda "G20" sammiti çərçivəsində keçirilən görüş zamanı prezidentlər - Barak Obama və Dmitri Medvedyev bir araya gəliblər. Görüşün yekunları əsasında birgə bəyanat qəbul edilib. Bəyanatda yazılıb ki, dövlət başçıları hər iki ölkə üçün gündəmi müəyyənləşdiriblər və münasibətlərə yeni start verməyə hazırdırlar. Onlar diplomatlara strateji hücum silahlarına dair yeni müqavilənin hazırlanması üçün danışıqlara başlamağı və iyula qədər bu barədə hesabat verməyi tapşırıblar. Ramiz Mikayıloğlu Ancaq Avropada raket hücumundan müdafiə elementlərinin qurulması məsələsində fikir ayrılığı davam edir. Bəyanatda bildirilir ki, prezidentlər raket təhlükələrini nəzərə alan və hər iki ölkənin, eləcə də onların müttəfiqlərinin və tərəfdaşlarının təhlükəsizliyinin möhkəmləndirilməsinə yönəlmiş bərabərhuquqlu beynəlxalq fəaliyyət üçün yeni imkanları müzakirə ediblər. Barak Obamanın iyul ayında Rusiyaya səfəri də dəqiqləşib. Londondakı sammit ərəfəsində Rusiya prezidentinin "Vaşinqton Post" qəzetində məqalsi də işıq üzü görüb. O, məqalədə Rusiya-ABŞ münasibətlərində ötən illər ərzində yaşanmış gərginlikləri Buş administrasiyasının ayağına yazaraq, Barak Obama administrasiyası ilə münasibətləri yenidən başlamağa hazır olduğuna işarə edib. Dmitri Medvedyev yazıb ki, münasibətlər keçmiş ABŞ administrasiyasının planları ucbatından korlanıb və bu planlar arasında ABŞ-ın Şərqi Avropada qlobal anti-raket müdafiəsi sisteminin quraşdırması, NATO-nun şərqə doğru genişlənməsi və ABŞ-ın Avropada adi silahların ixtisarı barədə müqaviləni ratifikasiya etməməsi xüsusi yer tutub. Rusiya prezidenti Barak Obama ilə özü arasında münasibətlərin praqmatik və biznes əsaslarında qurulmasını vacib hesab edir və iki ölkə arasındakı işbirliyinin zəruriliyini vurğulayır. Əməkdaşlıq məsələsində o, ilk növbədə nüvə silahları sahəsindəki tərksilah əməkdaşlığını vurğulayır. Rusiya prezidenti Əfqanıstan məsələsində də "bütün nüfuzlu oyunçuların iştirakı ilə" əməkdaşlıq münasibətləri qurmağı faydalı hesab edir. Dmitri Medvedyevin fikrincə, ABŞ-Rusiya münasibətlərində əsas problem bir-birinə "inam böhranının" olmasıdır və bu problemi həll etməyin tək yolu iki ölkə arasındakı münasibətlərdə hər iki tərəfin maraqlarının qarşılıqlı şəkildə nəzərə alınmasıdır. Rusiya prezidenti Beynəlxalq Valyuta Fondunun egidası altında dünya valyutasının yaradılması ideyası üzərində düşünülməyin vacibliyini də qeyd edib. Bəs günümüzdə ABŞ-Rusiya münasibətlərini necə xarakterizə etmək olar? Bu, "soyuq müharibə", yoxsa "qaynar qarşıdurma"dır? Barak Obama dönəmində münasibətlər hansı xətt üzrə inkişaf edəcək? Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Azərbaycanın Rusiyadakı sabiq səfiri Hikmət Hacızadə deyir ki, Corc Buş dönəmindəki və bu günə qədər olan münasibətləri "soyuq müharibə" kimi qiymətləndirmək olar. Moskva günümüzdə də özünü aqressiv aparır, demokratik ölkələrin tövsiyyələrinə qulaq asmır, yaxın ətrafını incidir, dünyaya silah, İrana atom texnologiyası satır. Bütün bunlar da ona gətirib çıxarıb ki, ABŞ və onun müttəfiqləri Rusiyanı güclə yerində otuzdurmaq yönündə səylərə əl atıb. Avropada, yəni Rusiya ətrafında raket hücumundan müdafiə elementlərinin qurulması, qonşuluqdakı ölkələrin Qərbə meyilləndirilməsi də bu səylər sırasındadır. Barak Obama dönəmində münasibətlərin proqnozlaşdırılmasına gəlincə, sabiq səfir hesab edir ki, bu günkü səviyyədən də çox pisləşmə ola bilməz: "Hə varsa, olub. Müxtəlif çətin məsələlər var. Həmin məsələlər öz həllini tapmalıdır ki, Vaşinqton-Moskva münasibətləri düzəlsin. Bu sırada İranın nüvə proqramı, Əfqanıstandakı terror, rusların Suriyaya silah satması və digərlərini qeyd etmək olar. Bu problemlər həllini tapmasa, cürbəcür görüşlərin, mülayim bəyanatların heç bir xeyri olmayacaq".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar