SON XƏBƏRLƏR

Rəsmi Tehran İran və Şimali Koreyanın əməkdaşlığına dair Yaponiya mətbuatında yayılmış məlumatı təkzib edib

2021.10.20, 07:36
Rəsmi Tehran İran və Şimali Koreyanın əməkdaşlığına dair Yaponiya mətbuatında yayılmış məlumatı təkzib edib

Gunaz.tv
Rəsmi Tehran İran və Şimali Koreyanın əməkdaşlığına dair Yaponiya mətbuatında yayılmış məlumatı təkzib edib İranın Yaponiyadakı səfirliyi bəyanat yayaraq, İran və Şimali Koreyanın hərbi əməkdaşlığına dair Yaponiyanın "Sanki" qəzetində yayılmış məlumatı təkzib edib. Bu barədə İranın İRNA agentliyi məlumat yayıb. Yaponiyaının "Sanki" qəzeti keçən həfətə iddia edib ki, İrandan bir qrup hərbi ekspert Simali Koreyada keçirilən raket sınaqlarında iştirak etmək məqsədi ilə Şimali Koreyaya səfər edib. İranın Yaponiyadakı səfirliyi öz bəyanatında İrandan hər hansı bir qrupun Şimali Koreyaya səfər etmədiyini, eləcə də İran və Şimali Koreya arasında heç bir hərbi əməkdaşlıq olmadığını bildirib. Səfirliyin məlumatında bildirilir ki, belə yalan məlumatların yayılması Tehran-Tokio arasında mövcud yaxşı münasibətlərin korlanması məqsədi daşıyır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar