SON XƏBƏRLƏR

Fars şovinistlərinin "Çənlibel" xofu

2021.10.20, 07:36
Fars şovinistlərinin "Çənlibel" xofu

Gunaz.tv
Fars şovinistlərinin "Çənlibel" xofu Müəssisənin adının farscaya dəyişdirilməsi üçün Abbas Lisaniyə əlavə vaxt verilib Ərdəbil əyalətinin Təmin Şurası (Qeydiyyat İdarəsi) Güney Azərbaycan Milli Hərəkatının müqavimət simvolu, tanınmış fəal Abbas Lisaniyə adı Azərbaycan türkcəsində olan ona məxsus "Çənlibel" müəssisəsinin adının farscaya dəyişdirilməsi üçün əlavə vaxt verib. Turqut "Savalan Səsi" xəbər saytının yaydığı məlumata görə, Təmin Şurasının qərarına əsasən, ərdəbilli fəal ailəsinin yeganə dolanışıq mənbəyi olan mağazasının ya bağlanmasını qəbul etməli, ya da mağazanın Azərbaycan türkcəsindəki adını aprelin 8-dək dəyişdirməlidir. Müəssisənin adının təcili dəyişdirilməsi barədə Abbas Lisaniyə martın 28-də açıq xəbərdarlıq edilib. Belə ki, mülki geyimli şəxslər onun iş yerinə gəlib və müəssisənin adının farca bir sözlə əvəzlənməsini istəyiblər. Hətta yeni ad seçmək üçün Abbas Lisaniyə yardımçı ola biləcəklərini də deyiblər. Milli fəal isə hökumət orqanlarının təzyiqlərinə müqavimət göstərəcəyini və hər-hansı fars adlarından istifadə etməyəcəyini bildirir. Qeyd edək ki, bir müddət öncə Ərdəbil İnqilab Məhkəməsi 5 milli fəalı "Çənlibel" adlı qanunsuz təşkilata üzvlükdə ittiham edərək 5 il müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin iddiasına görə, həmin təşkilata Abbas Lisani şəxsən başçılıq edib. Həbs edilən soydaşlarımız isə iddiaların əsassız olduğunu vurğulayıb və ümumiyyətlə, "Çənlibel" adlı hər-hansı bir təşkilatın mövcud olmadığını bildiriblər. Xatırladaq ki, Abbas Lisani Azərbaycan türklərinin milli-mədəni hüquqlarının müdafiəsilə bağlı fəaliyyətlərinə görə "Ettelaat" əməkdaşları tərəfindən bir neçə dəfə həbs olunub. O, yaşadığı yurdundan minlərlə kilometr uzaqda, İranın mərkəzində yerləşən Yəzd şəhər həbsxanasında 30 aylıq həbs cəzasını yenicə başa vurub. Ümumiyyətlə, son zamanlar Güney Azərbaycanın müxtəlif şəhərlərində, xüsusilə Təbriz, Urmiya, Zəncan və Ərdəbildə Azərbaycan türkcəsindəki adlara və reklam yazılarına qarşı ciddi təzyiq dalğası başlayıb. Minlərlə şirkət, müəssisə, dükan və mağaza adları farscaya dəyişdirilmək və ya bağlanmaq təhlükəsilə üzləşib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar