SON XƏBƏRLƏR

BAKI İLƏ ANKARA ARASINDA SƏRHƏD QALMAQALI

2021.10.20, 07:36
BAKI İLƏ ANKARA ARASINDA SƏRHƏD QALMAQALI

Gunaz.tv
BAKI İLƏ ANKARA ARASINDA SƏRHƏD QALMAQALI “Hürriyət”: Azərbaycan Türkiyəyə qaz nəqlini dayandıra bilər E.Məmmədyarov: Türkiyə və Ermənistan arasında sərhədlər açılmamalıdır QayNar: Türkiyənin “Hürriyət” qəzeti belə bir iddia ilə çıxış edib ki, Yerevan və Ankara Bakıdan separat razılaşma əldə etsələr, Azərbaycan Türkiyəyə qaz nəqlini dayandıra bilər. Türk nəşrinin iddiasına görə, Azərbaycan rəhbərliyi Qarabağa dair irəliləyiş əldə olunmayacağı halda Yerevan və Ankara arasında sərhədlər açılsa, Türkiyə Xəzərdən çıxan qazdan mərhum edilə bilər. Xəzərdəki “Şahdəniz” qaz yatağından çıxarılan təbii qazın istismarı və nəqli ilə bir qrup Avropa şirkətinin üstünlük təşkil etdiyi konsorsium və BOTAŞ şirkəti məşğul olur. Müvafiq saziş 2001-ci ildə bağlanıb. Qazın nəqli barədə saziş isə 16 il müddətinə bağlanıb. Hazırda “Şahdəniz” qazının əsas idxalçılarından biri Türkiyədir və hər il bu ölkəyə 6 milyard kubmetrdən çox qaz nəql olunur. Azərbaycanın hər hansı səbəbdən qaz nəqlini dayandırması iddialarına gəldikdə isə, enerji məsələləri üzrə təhlilçi İlham Şaban BBC-yə açıqlamasında bunu "heç bir əsası olmayan mülahizə" adlandırır. Belə ki, sazişə əsasən, qazın sahibi Azərbaycan höküməti deyil, Norveçin "Statoyl" şirkətidir. Onun sözlərinə görə, hüquqi baxımdan Azərbaycan tərəfinin Türkiyəyə qazın nəqlini dayandırmaq hüququ yoxdur, Lakin hətta bu nəzəri cəhətdən təsəvvür edilsə, Bakı beynəlxalq kommersiya məhkəmələrinə verilə bilər. Bu arada Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov da rəsmən sərhədlərin açılmasılna qarşı çıxış edib. Nazirin sözlərinə görə, erməni hərbi qüvvələri Azərbaycan ərazisindən çıxmayana qədər Türkiyə və Ermənistan arasında sərhədlər açılmamalıdır. Elmar Məmmədyarov ANS-ə deyib ki, sərhədlərin erməni qüvvələrinin çıxmasından öncə açılması Azərbaycanın milli maraqlarına uyğun deyil. «Türkiyə-Ermənistan sərhədlərinin açılması Azərbaycanın xeyrinə deyil». Bu sözləri isə Milli Məclisin aprelin 3-də keçirilən iclasında spiker Oqtay Əsədov deyib. O, bildirib ki, Türkiyə Böyük Millət Məclisindən azərbaycanlı qadın deputatlara dəvət gəlib. Onlar həm Türkiyə parlamentində, həm də siyasi partiya rəhbərləri ilə görüşlərində bu məsələni müzakirə edəcəklər. Spiker onu da deyib ki, türkiyəli millət vəkilləri də Bakıya dəvət olunaraq burada konfrans keçiriləcək. Oqtay Əsədov bildirir ki, bəzi politoloqlar elə hesab edirlər ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması guya Azərbaycanın xeyrinədir: «Amma bu, heç də Azərbaycanın xeyrinə deyil». Milli Məclisin iclasında deputat İqbal Ağazadə Türkiyə-Ermənistan sərhədlərinin açılması və Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlar prosesinin indiki mərhələsi ilə bağlı parlamentin qapalı iclasını keçirilməsini təklif edib. // T.İsmayılov, QayNar

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar