SON XƏBƏRLƏR

Türkiyə uduzacaq

2021.10.20, 07:36
Türkiyə uduzacaq

Gunaz.tv
Türkiyə uduzacaq Zahid Oruc: ""Erməni soyqırımı" məsələsi hazırkı türk elitasının gizlənməsi və pərdələnməsi üçün ən yaxşı ideoloji örtükdür, hazırkı Türkiyə-Ermənistan layihəsi Rusiyaya məxsusdur" Türkiyənin xarici işlər naziri Əli Babacan diqqət çəkən açıqlama verib. O deyib ki, Türkiyə geniş bir coğrafi ərazidə sülhün, sabitliyin və rifahın bərqərar olması ilə yanaşı, həm də Avropa Birliyinin prinsiplərini, o cümlədən azad bazar iqtisadiyyatını yaymağa çalışır. O, Türkiyənin "qonşularla sıfır problem" siyasəti apardığını, bu çərçivədə Suriya, İran, İraq və Gürcüstanla əlaqələrdə böyük məsafə qət etdiyini, Yunanıstanla bəzi tarixi problemlər istisna olmaqla münasibətlərdə irəliləyişlərin olduğunu söyləyib. Ermənistanla əlaqələrin normallaşmağa başladığını deyən nazir bu prosesdən razı qaldıqlarını vurğulayıb: "Biz də məmnunuq, Ermənistan tərəfi də. Problemlərin həlli üçün əla şans əldə etmişik Qeyd edək ki, az əvvəl ABŞ prezideninin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri Zbiqnev Bzejinski Ankaranın Azərbaycan və Ermənistan arasında vasitəçi rolunu oynadığını söyləyib. Bəs bütün bunların fonunda Türkiyə-Ermənistan münasibətlərinin görünməyən üzü necədir? Hansı proseslər hər iki tərəfdə məmnunluq yaradıb? Məsələ ilə bağlı fikirlərini öyrəndiyimiz Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının üzvü Zahid Oruc məsələyə geniş prizmadan yanaşmanın tərəfdarıdır. Onun sözlərinə görə, Türkiyənin Avropa Birliyinə qəbulunun Ermənistanla münasibətlər qurmaqdan keçdiyi və İrəvanla yaxınlaşmanın bu zərurətdən qaynaqlandığı yönündə mülhizələr əsassızdır. Türkiyənin mövcud siyasi hakimiyyəti dünya ilə mövcud problemlərini sadcə, başqa adla çağırır. Türk cəmiyyətinin daxilindəki və idarəçilik sistemindəki problemlərə hər zaman səthi yanaşmalar olub. Əslində Ankaranın son illər yürütdü siyasətə diqqət yetirəndə görünür ki, bu ölkə "soyuq müharibə"dən sonrakı dönəmdə geosiyasi planda imkan və resurslarına müvafiq öz yerini bərqərar etmək problemi qarşısındadır. Ötən dövrdə ən müxtəlif beynəlxalq xarakterli proseslərdə Türkiyə fəal rol ala bilməyib. Bizim də arzu və gözləntilərimizə baxmayaraq, bu ölkənin siyasi hakimiyyəti bir sıra məsələrdə ya passivlik sərgiləyib, ya düzgün hesablama aparmayıblar, müəyyən məsələlərdə də məğlubiyyətə uğrayıblar. Xüsusən Xəzər və Qara dəniz bölgələrində bir sıra proseslərdə müşahidəçi mövqeyində duran Türkiyədən fərqli olaraq digər dövlətlər lazımi rol oynaya biliblər. Zahid Oruc kiçik bir detala da diqqət çəkdi. Xəzər və Qara dəniz bölgələrilə bağlı o da bir sıra tədbirlərə qatılıb, amma türk nümayəndə heyətinin adətən, susmağa üstünlük verdiyini görüb. Sanki onlar istirahətə gəliblər, maraqlarını ortaya qoymaqdan, mövqelərinin beynəlxalq güclərə qəbul etdirməkdən çəkiniblər. Zahid Oruca görə, bütün bunlar da sonda gəlib Türkiyənin hazırkı xarici və daxili siyasətini şərtləndircəkdi. Bütün bunların fonunda Türkiyə və Ermənistan münasibətlərindəki pərdəarxası məqamlara gəlincə, millət vəkili bildirdi ki, bizim bu ölkənin hazırkı rəhbərliyini anti-milli mövqə tutmaqda suçlandırmağa əsaslarımız yoxdur. Digər tərəfdən, türk elitası cəmiyyətdən asılıdır. Məsələn, bir neçə gün əvvəl hakimiyyət məsələsini həll edən və siyasi xarakter daşıyan bələdiyyə seçkilərində hakim partiya bir sıra dairələrdə öz yerini itirib. Baş nazir Rəcəb Tayyib Ərdoğan da bunu bir mesaj saydıqlarını söyləyib: "Hesab edirlər ki, Avropa siyasətində fəal yer ala bilməyiblərsə, bir sıra yerlərdə Türkiyənin mövqeyi nəzərə alınmırsa, bəlkə bunu başqa maraqlar hesabına kompensasiya etmək mümkün olacaq. Ona görə də Ermənistanla münasibətləri gündəmə gətiriblər. Etiraf edək ki, Türkiyənin Ermənistanla münasibətlərinin yaxınlaşmasını istəyən dairələr də mövcuddur. İndiki halda ABŞ, Avropa Birliyi və Rusiya bunda maraqlı görünürlər. Türkiyənin həmin sərhəd bölgəsində yaşayan əhalisi də belə fikirləşir. Burada da hərəkət etmək üçün real zəmin var". Zahid Oruc qeyd etdi ki, bu hərəkəti də ideologiyasız etmirlər. Guya "erməni soyqırım"ı ilə bağlı aparılan təbliğatın qarşısını almaq üçün belə siyasət seçilib: "Soyqırım" məsələsi olmasaydı, məsələ öz mahiyyətini daha aşkar göstərərdi. Hesab edirəm ki, "erməni soyqırımı" məsələsi hazırkı türk elitasının gizlənməsi və pərdələnməsi üçün ən yaxşı ideoloji örtükdür. Əslində Türkiyənin potensialı ona çatırdı ki, 3-4 milyonluq Ermənistanı bütün mənalarda məğlub etsin. Ancaq hazırkı Türkiyə-Ermənistan layihəsi Rusiyaya məxsusdur. Bəs ABŞ niyə bunda maraqlı görünür? Çünki Vaşinqtonun bu regiona yönəlik maraqları var. Ötən dövrdə Türkiyə-ABŞ münasibətlərində bir çox problemlər özünü göstərib. ABŞ istəyir ki, Ermənistanı Rusiyanın təsir dairəsindən çıxarsın, Ermənistanda Türkiyənin hesabına möhkəmlənsin və bu regionda Rusiya və İrana yönəlik siyasətini həyata keçirsin. Moskva isə Türkiyəni bu layihəyə qataraq, Ankara-İrəvan münasibətlərini "istiləşdirərək" ABŞ və Qərbi bu regiondan sıxışdırıb çıxarsın. Məsələnin mahiyyəti bu cürdür". Millət vəkili hesab edir ki, Rusiyanın bu layihəsi reallaşarsa, Türkiyəni məğlubiyyət gözləyir: "Azərbaycan və Ermənistan arasında Ankaranın vasitəçiliyindən bizim ziyan çəkəcəyimimzi gündəmə gətirməmişəm. İqtisadi böhran dövründə Türkiyənin Ermənistana "nəfəslik" verməsindən danışmadım. Mən sırf Türkiyənin öz maraqları kontekstində təhlilin nəticələrini söylədim". MDQB Milli Məclisə müraciət etdi "Xirosima və Naqasaki qətliamının soyqırım kimi tanınması üçün müvafiq qərar qəbul etməyinizi xahiş edirik" Milli Demokratik Qüvvələr Birliyinə daxil olan Bütöv Azərbaycan Xalq Cəbhəsi, Vahid Azərbaycan Milli Birlik və Təkamül partiyaları 1945-ci ildə ABŞ-ın yapon xalqına qarşı həyata keçirdiyi insanlıq əleyhinə müharibə cinayətinin soyqırımı kimi tanınması məqsədilə Azərbaycan Respublikasının Mill Məclisinin sədri Oqtay Əsədova müraciət ünvanlayıblar. Müraciətdə deyilir: "Hörmətli Oqtay müəllim! Artıq uzun illərdir ki, dünyanın bir sıra ölkələrində Ermənistanın və erməni lobbisinin heç bir tarixi əsası olmayan uydurma iddiaları əsasında guya 1915-ci ildə Osmanlı Türkiyəsində ermənilərə qarşı etnik təmizləmə siyasətinin həyata keçirilməsi barədə müzakirələr aparılır və tarixi reallıqları əks etdirməyən, ədalətsiz qərarlar qəbul edilir. Ramiz Mikayıloğlu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar