SON XƏBƏRLƏR

Sulduzda Azərbaycan bayrağı dalğalandırılıb

2021.10.20, 07:36
Sulduzda Azərbaycan bayrağı dalğalandırılıb

Gunaz.tv
Sulduzda Azərbaycan bayrağı dalğalandırılıb GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanın Sulduz şəhərində fars şovinistləri milli fəallara təziq məqsədilə onların iş yerlərini qapadır. Son günlərdə Sulduzda bir neçə özəl müəssisə bağlanıb. Ancaq bütün bunlara baxmayaraq, Sulduzda Novruz Bayramı günlərində milli fəallar Şəriətmədari (İmam xiyabanı), Səthi, Sahil və Məhəmmədyar dayanacaqlarında reklam tablolarının üzərinə Azərbaycan bayraqlarını yapışdırıblar və həmin məntəqələrdə müxtəlif milli şüarları SMS vasitəsilə yayıblar. Bundan başqa, rejimin polisləri və "Ettelaat" əməkdaşları Güney Azərbaycan Milli Hərəkatının apardığı mübarizədə şəhid olmuş Hüseyn Fəthipurun dünyasını dəyişmiş nənəsinin yas mərasiminə də müdaxilə ediblər. Onlar yas mərasimində milli fəalların iştirakına mane olaraq onların bir yerə toplaşmasının qarşısını almağa çalışıblar. Lakin milli fəalların müqaviməti nəticəsində yas mərasimi baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar