SON XƏBƏRLƏR

Qadın güləşçimiz Avropa ikincisi oldu

2021.10.20, 07:36
Qadın güləşçimiz Avropa ikincisi oldu

Gunaz.tv
Qadın güləşçimiz Avropa ikincisi oldu Litvanın paytaxtı Vilnüsdə keçirilən Avropa çempionatında qadın güləşçilərimiz ilk medal qazanıblar. Lent.az-ın məlumatına görə, Azərbaycanın xanım pəhləvanı Zümrüd Qurbanhacıyeva gümüş medal əldə edib. 67 kq çəkidə yarışan Zümrüd Qurbanhacıyeva ardıcıl olaraq Mariya Zelmayer (Almaniya), Aurora Fayardo (İspaniya) və Ralitsa İvanova (Bolqarıstan) üzərində qələbə qazandıqdan sonra həlledici mərhələyə vəsiqə qazanıb. Qızıl medal uğrunda görüşdə Qurbanhacıyeva Yekaterina Burmistrova (Ukrayna) ilə görüşüb. Lakin idmançımız sonuncu səddi keçə bilməyib və gümüş medalla kifayətlənməli olub. 59 kq çəkidəki təmsilçimiz Sona Əhmədli isə elə ilk görüşdəcə Anastasiya Qriqoryevaya (Latviya) uduzaraq, mübarizəni dayandırıb. Bu gün daha 4 çəki dərəcəsində qadın güləşçilər mübarizəyə qoşulacaqlar. Azərbaycanın xanım pəhləvanları bu çəkilərin hamısında çıxış edəcəklər. Artıq güləşçilərimizin rəqibləri də müəyyənləşib. Onların hamısı mübarizəyə 1/8 final mərhələsindən qoşulacaqlar. Avropa çempionu və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı Mariya Stadnikin (48 kq) ilk rəqibi Liliya Kaskarakova (Rusiya) olacaq. Nadiya Qradyuk (55 kq) birinci görüşünü eyni mərhələdə Lenka Martinakova (Çexiya) ilə keçirəcək. Olesya Zamula (63 kq) Mariya Diananı (İtaliya), Dina İvanova (72 kq) isə Nataliya Şinkarovanı (Belarus) sınağa çəkəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar