SON XƏBƏRLƏR

Böyük 20-lər 1 trilyonluq razılaşmaya möhür vurdular

2021.10.20, 07:36
Böyük 20-lər 1 trilyonluq razılaşmaya möhür vurdular

Gunaz.tv
Böyük 20-lər 1 trilyonluq razılaşmaya möhür vurdular Londonda Böyük 20-lərin zirvə toplantısı qlobal maliyyə böhranına qarşı əlaqələndirilmiş tədbirlərə dair razılığın əldə edilməsi ilə başa çatdı. Özünün yekun bəyanatında Britaniyanın baş naziri Qordon Braun deyib ki, qlobal iqtisadiyyata təkan vermək üçün Beynəlxalq Valyuta Fondu və digər maliyyə qurumları vasitəsi ilə 1 trilyon dollara qədər əlavə maliyyə ehtiyatları buraxılacaq. Dünya liderləri eləcə də qlobal maliyyə sistemi qaydalarının sərtləşdiriləcəyini, şəffaflıq standartlarına cavab verməyən vergilərdən azad zonalara qarşı müvafiq tədbirlərin görülməsini razılaşdırıblar. Qordon Braunun dediyinə görə, dünya tənəzzülə qarşı birgə mübarizə aparmalıdır. Fransa prezidenti Nikolə Sarkozi isə deyib ki, sammitin nəticələri gözlənildiyindən və ümid edildiyindən daha yüksək oldu. Böyük 20-lərin zirvə görüşünün nəticələrinə cavab olaraq, Avropa və Amerikanın maliyyə bazarlarında səhmlərin qiyməti dərhal qalxıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar